Məhkəmə qərarları › İş №3(011)-4949/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4949/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4949/2020 28.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə yığılmış 3120 (üç min yüz iyirmi) manat aliment borcunun ödəməsi tələb olunsa da, sonuncu icra sənədi üzrə borcunu ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 oğlu tərtib edilmiş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, tərəflərindən görülmüş icra tədbirləri nəticəsində borclu şöbəyə dəvət edilərək ondan məhkəmə qərarının icrası ilə bağlı izahat alınmışdır. O, izahatda borcu ödəməməsinə maddi imkanın zəif olmasını əsas gətirmiş, lakin maddi imkanı yol verəcəyi zaman borcunu ödəyəcəyini qeyd etsə də, buna əməl etməmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu tərəfindən bu günədək davamlı olmasada, müəyyən məbləğdə ödənişlər edilmişdir. Bugünki gün 3120 manat aliment borcu ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında qeyd etmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə yığılmış 3120 manat aliment borcunun ödəməsi tələb olunsa da borclu Şəxs tərəfindən mövcud borcdan ödəniş edilməmişdir. Məhkəmə qərarı çıxdıqdan sonra bir müddət borclu ilə birgə yaşasalar da, artıq yeddi aydan artıq müddətdir ki ayrı yaşayırlar. Özününün maddi durumu ağır vəziyyətdədir, uşağın saxlanılmasında çətinlik çəkir. Qeyd olunanları nəzərə alaraq inzibati iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 260 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. Həmin icra vərəqəsi üzrə maddi imkanı yol vermədiyi üçün ödəniş etməmişdir. O, həmçinin, aliment məbləği ilə razı olmamış, lakin müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəmə qətnaməsindən şikayət verə bilməmişdir. Bununla yanaşı, məhkəmə qərarından sonra tələbkarla birlikdə yaşamış, uşaqlara o baxmışdır. Hazırda işsiz olduğundan tam olaraq borcunu ödəyə bilməmişdir və borcu tam deyil hissə-hissə ödəməyə imkanı çatır, o cümlədən borcu təzə ildən sonra işləməyə başlayanda ödəyəcəkdir. Hazırda ona vaxt verildiyi halda borcundan ödəmək niyyətindədir. Əməlindən peşmandır, barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Rəhman və xx.xx.2015-ci il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 130 (bir yüz otuz), cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdam Rayon Məhkəməsinin 2(013)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Bununla da, Şəxs aliment məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar