Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4951/2020 28.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlu, X1 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və həmin protokola yenidən obyektiv şəkildə baxılması üçün X3 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş protokola əsasən qəbul edilmiş qərara yenidən obyektiv şəkildə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədi nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət şikayətçi X3 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Təqdim edilmiş sənədlərdən görünür ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərardan şikayət verilmiş, lakin şikayət verən şəxs X3 ərizəni imzalamamışdır. Məhkəmə inzibati xəta materialını araşdırıb, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından verilmiş şikayət ərizəsi imzalanmadığını nəzərə alaraq hesab edir ki, verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və həmin qərara yenidən obyektiv şəkildə baxılması üçün X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-4951/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4951/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver