Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-496/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli və xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində BNA 2299753, BNA ******* və BNA ******* saylı protokollara əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 23 aprel, 02 iyul və 05 iyul 2022-ci il tarixli qərarların dəyişdirilərək yenidən tərtib olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-496/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli və xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarlar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 şikayətinin təmin edilməsi və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli və xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilərək işin yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-496/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İlkin olaraq qeyd etməyi zəruri hesab edirəm ki, X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində BNA 2299753, BNA ******* və BNA ******* saylı protokollara əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 23 aprel, 02 iyul və 05 iyul 2022-ci il tarixli qərarların ləğv edilmələrini xahiş etsə də, hər bir protokola münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsi, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması nəzərə alınaraq, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Bundan başqa, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, şikayətçi tərəfindən inzibati qərarlardan şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin üzrlü sayılmasına dair hər bir iş üzrə ayrı-ayrılıqda vəsatət verilməmişdir. Belə ki, şikayətdən və ona əlavə edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 xx.xx.2022-ci il tarixdə Məhəmməd Hadi küçəsində dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 xx.xx.2022-ci il tarixdə Məhəmməd Hadi küçəsində dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 xx.xx.2021-ci il tarixdə Məhəmməd Hadi küçəsində dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli və xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından, buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən və həmin qərarlardan bir icraat qaydasında şikayət verildiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* nömrəli və xx.xx.2022-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-496/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-496/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver