Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4970/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1022, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN 1513343saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 saylı ünvanda yerləşən aptekdə xx.xx.2022-ci il tarixində aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının 4.2.2-ci bəndi pozulması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, protokolu tərtib orqanın və barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə protoklu tərtib etmiş orqanın və barəsində protokol tərtib etmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2022-ci il tarixli, KY221872970 saylı çıxarışa əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 saylı ünvanda yerləşən aptekdə yoxlama nəticəsində aşkar edilmiş pozuntutların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməməsi və ya verilmiş məlumatın yanlış olduğunun müəyyən edilməsi üçün X4 və X3 tərəfindən plandankənar yoxlama aparılmasına icazə verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nümayəndə X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 620 nömrəli akta əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 saylı ünvanda yerləşən aptekdə həyata keçirilmiş plandankənar (növbədənkənar) yoxlama zamanı X1 xx.xx.2022-ci il tarixli 769 nömrəli qərarında qeyd olunan pozuntular aradan qaldırılmamışdır, aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olunmamışdır. 23 noyabr 2022-ci il tarixli, 1070 saylı qərardan görünür ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1.1-ci maddəsinə uyğun olaraq sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədiyindən və qanunun 17-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 7 ünvanında yerləşən əczaçılıq təşkilatının yoxlanılması qərara alınmışdır. 29 avqust 2022-ci il tarixli, 769 saylı qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 7 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə aparılan yoxlamalara əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi təsərrüfat obyektində xx.xx.2022-ci il tarixdə aparılmış plan üzrə yoxlama nəticəsində aşkar edilmiş pozuntular aradan qaldırılaraq: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş nömrəli əlavə "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"nın 4.2.2- ci bəndinə uyğun olaraq inzibatiməişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən (kondisioner ilə), ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, material otağı, reseptura və əl-satışı şöbələri təşkil olunması, qeyd olunan pozuntular 90 (doxsan) gün ərzində aradan qaldırılaraq Səhiyyə Nazirliyi X2nə rəsmi məlumat verilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 16.1, 16.1.1-ci maddəsinin tələblərinə əsasən sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə plandankənar yoxlama aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə- Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının 4.2.2-ci bəndinə əsasən aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır: 4.2.2.1. inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.); 4.2.2.2. material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman substansiyalarının saxlanılması üçün otaqlar); 4.2.2.3. satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı): a) reseptura şöbəsi (resept əsasında buraxılan dərman vasitələrinin satışı); b) əl-satışı şöbəsi (reseptsiz buraxılan dərman vasitələrinin və tibbi məmulatların, sarğı materiallarının və s. satışı). - assistent otağı (dərmanların hazırlanması üçün); - distillə otağı (distillə suyunun və/və ya apirogen suyun alınması üçün); - yuma otağı (aptek qablarının yuyulması üçün); - qablaşdırma və köməkçi otağı; - sterilizasiya (avtoklav) otağı; - aseptik blok Beləliklə iş materillarından və iş materiallarına əalvə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 saylı ünvanda yerləşən aptekdə xx.xx.2022-ci il tarixdə aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının 4.2.2-ci bəndinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4970/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4970/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver