Məhkəmə qərarları › İş №3(011)-4974/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4974/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4974/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə “X5 Kompani” MMC-nin direktoru X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şikayətçi “X5 Kompani” MMC-nin direktoru X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 vəsatət təqdim edərək bildirmişdir ki, “X5 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətində 07 aprel 2021-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək satış təmsilçisi vəzifəsində işləmiş X3 ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsi 13 iyul 2022-ci il tarixli 264-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslan) “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 72-ci maddənin “c” bəndinə (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsaslanaraq işəgötürən tərəfindən ləğv edilmişdir. X3 08 sentyabr 2022-ci il tarixdə Cəmiyyətin xx.xx.2022-ci il tarixli 264-k nömrəli əmrin ləğv edilməsi barədə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ərizə ilə müraciət etmişdir. X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (intizam tənbehinin verilməsi qaydası) tələbləri pozduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətin Bakı şəhər idarəsinin rəisi X6 tərəfindən 24 oktyabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul etmişdir. 24 oktyabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar 02 noyabr 2022-ci il tarixdə “X5 KOMPANİ” MMC-yə daxil olmuş və 2022-ci ilin 06-09 noyabr ayları qeyri-iş gün olduğunda 10 noyabr 2022-ci il tarixdə qərarın ləğvi barədə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edilmişdir. Xətai rayon məhkəməsinin iş № 2(011)-7386/2022-ci il nömrəli 15 noyabr 2022-ci il tarixli qərardadında iddia ərizəsi qəbul edilməsindən imtina edilməsi və inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında müraciət etmək hüququnun olması izah olunmuşdur. Qeyd olunan Qərardad 21 noyabr 2022-ci il tarixdə MMC-yə daxil olmuşdur. Bundan əlavə 22 noyabr 2022-ci il tarixdə qərarın ləğvi barədə inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında şikayət və buraxılmış müddətin bərpası barədə vəsatət Xətai rayon məhkəməsinə müraciət edilmişdir. Xətai rayon məhkəməsinin 3(011)-4687/2022-ci il nömrəli 25 noyabr 2022-ci il tarixli qərardadda şikayət və vəsatət nümayəndəsi X2 tərəfindən verildiyinə görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunan Qərardad 07 dekabr 2022-ci il tarixdə MMC-yə daxil olmuşdur. Yuxarıda göstərilən səbəbləri üzürlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin “X5 Kompani” MMC-nin direktoru X4 ünvanladığı məktubundan görünür ki, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan poçt xidməti qaiməsindən görünür ki, X8 şikayət ərizəsi ilə 10 gün müddətdən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmış, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən, vəsatət rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: “X5 Kompani” MMC-nin direktoru X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar