Məhkəmə qərarları › İş №3(011)-498/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-498/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-498/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə “Hyundai Tucson” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün sürücülük vəsiqəsinin vaxtı keçmiş şəxsə verilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə baş inspektoru polis mayoru Fərid Əhədov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 protokolu müdafiə edərək Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərmişdir ki, “Hyundai Tucson” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə X9 idarə etmişdir. Onun sürücülük hüququnun olduğu zaman həmin nəqliyyat vasitəsi ona idarə edilməsi üçün verilmişdir.Sürücülük hüququnun xx.xx.2026-cı il tarixədək olduğunu qeyd etmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İş materiallarında olan Şəxs MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, Şəxs MMC-ə məxsus “Hyundai Tucson” markalı avtomobili idarə etməyi X9 etibar edilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2020-ci ilədək etibarlıdır. İş materiallarına əlavə olunmuş Türkiyə Respublikasının sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2026-ci il tarixədəkdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 vəsiqəsi xx.xx.2021-ci il tarixdə verilmiş və etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədəkdir. Məhkəmə tərəflərin izahatını, inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə - fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “Hyundai Tucson” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olan şəxs X7 verilmişdir.Məhkəmə hesab edir daha sonra Azərbaycan Respublikası üçün qeydiyyatdan keçən sürücülük vəsiqəsinin müddətinin bitməsi onun sürüçülük hüququnun olmaması kimi qiymətləndirilə bilməz.İş materiallarından məlum olur ki, hüquqi şəxs Şəxs MMC nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxsə vermişdir. Belə ki, qardaş Türkiyə Respublikasının sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2026-ci il tarixədəkdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs “Şəxs" MMC-nin əməlində nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi faktı aşkar edilmir. Hüquqi şəxs “Şəxs" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “Şəxs" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar