Məhkəmə qərarları › İş №3(011)-499/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-499/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-499/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Masallı rayonu, Qarğalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2022-ci il tarixində X4 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə Azərbaycan Respubliaskı İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 03 fevral 2023-cü il tarixli, MN1579706 saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, yaşadığı məhlədə taımadığı, adını sonradan bildiyi X8 ona yaxınlaşaraq kirayə ev axtardığını bildirmiş, o da xanımdan 100 maat beh istəmişdir. Sonradan həmin xanımevi bəyənməmiş və verdiyi behi geri istəmişdir. Lakin, o behi qaytara bilməmişdir. 100 manat pulu qaytaracağına söz verir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Raqil adlı şəxs ona evinin pis olmasını bildirmiş və buna görə də ona yaxşı bir ev tapacağını bildirmişdir. Bu məqsədlə Raqil ondan 100 manat almışdır. Raqil həmin pulu şəxsin yaşadığı ünvanın qarşısında almışdır. Raqil bundan sonra elə həmin ərazidə kirayə ev tapmış və o da həmin evdə 2 gün qalmışdır. 2 gün qaldıqdan sonra ev sahibi ona pulu verməsini xahiş etmişdir. O isə ev sahibinə bildirmişdir ki, 100 manat pulu ona verməsi üçün Raqilə vermişdir. Ev sahibi isə ona pulun verilmədiyini bildirmişdir. O, bundan sonra evdən çıxmaq məcburiyyətində qalmışdır. O, Raqillə əlaqə saxlamış, Raqil pulu qaytaracağını bildirsə də, bugünə qədər verdiyi vədə əməl etmǝyǝrǝk onu aldatmışdır. Vurulmuş ziyan ödənilmədiyindən Şəxs ilə barışmamış, şikayətçidir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 34-cı PŞ-nin sahə inspektoru, polis mayoru X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 03 fevral 2023-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan X4 Xətai RPİ-nin 34-cü PŞ-na verdiyi məlumat <<Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında 67 sayla qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixdən icraatıma daxil olmuşdur. Təhqiqat zamanı X8 (***-***-**-**) ərizə və izahat yazaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Raqil adlı şəxs ona evinin pis olmasını bildirmiş və buna görə də şəxsə yaxşı bir ev tapacağını bildirmişdir. Bu məqsədlə Raqil şəxsdən 100 manat almışdır. Raqil həmin pulu şəxsin yaşadığı ünvanın qarşısında almışdır. Raqil bundan sonra elə həmin ərazidə kirayə ev tapmış və şəxs də həmin evdə 2 gün qalmışdır. 2 gün qaldıqdan sonra ev sahibi şəxsə pulu verməsini xahiş etmişdir. Şəxs isə ev sahibinə bildirmişdir ki, 100 manat pulu ona verməsi üçün Raqilə vermişdir. Ev sahibi isə ona pulun verilmədiyini bildirmişdir. Şəxs bundan sonra evdən çıxmaq məcburiyyətində qalmışdır. Şəxs Raqillə əlaqə saxlamış, Raqil pulu qaytaracağını bildirsə də, bugünə qədər verdiyi vədə əməl etmǝyǝrǝk onu aldatmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib edilmiş 03 fevral 2023-cü il tarixli, MN1579706 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli X1 ev tapmaq məqsədi ilə 100 manat pulunu ələ keçirməklə xırda talama etmişdir. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023cü il tarixində, 20:00 dəqiqədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran hal kimi bir il ərzində eyni məzmunlu inzibati xəta törətməini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əliyev X9 Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar