Məhkəmə qərarları › İş №3(011)-5/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN1292726 inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN1292726 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşı X7, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət edərək məzuniyyət haqqını ala bilmədiyi haqqında "xxxx" ASC barəsində şikayətçi olmuşdur. Öz növbəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli **********80 saylı məktub ünvanlayaraq X1 müraciətinin araşdırıldığını və tələb olunan sənədləri təqdim etməyimizi tələb etmişdir. "xxxx" ASC göstərilən sənədləri təqdim etmiş və zəruri məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə ötürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi inzibati tənbeh vermə haqqında MN No ******* saylı qərar qəbul edərək, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü əsasən 1000 (min) AZN məbləğində cərimə tətbiq etmişdir. Cərimənin tətbiq edilməsi "xxxx" ASC tərəfindən X3 məzuniyyət haqqının gec verilməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin birinci abzasına əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Ümumiyyətlə isə "İnzibati Xətalar Məcəlləsində "uzanan hüquq pozuntuları" və ya "uzanan inzibati xəta" anlayışı mövcud deyil. Lakin Konstitustiya Məhkəməsinin 4 sentyabr 2018-ci il tarixili qərarı mövcuddur. Həmin qərarda uzanan inzibati hüquq pozuntusunun anlayışı verilib. Qərarda qeyd edilir: "Uzanan hüquqpozuntuları"nın əsas səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır". Göründüyü kimi "xxxx" ASC-nin məzuniyyət haqqının gec ödənilməsi "Uzanan hüquqpozuntuları" kimi qiymətləndirilə bilməz və barəsində inzibati tənbeh vermə haqqında qərar əsassız şəkildə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Həmin maddənin 53.1.6-cı bəndinə əsasən - bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal kimi qeyd olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.Göründüyü kimi inzibati tənbeh verilmə haqqında qərarı verən şəxs işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göründüyü kimi X4 Bakı Şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin müddəalarını kobud şəkildə pozaraq qanunsuz və əsassız inzibati tənbeh verilmə haqqında barəmdə qərar qəbul etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış X13 məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclası şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X9 bildirmişdir ki, X7 tərəfindən X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, o qeyd edilən müssəsisə də 1980-ci ildən çalışır və 2005-ci idən etibarən məzuniyyətdə olduğu müddətlərin pulu hesablanmamışdır. Ona köməklik göstərilməsini xahiş etmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, ezamiyyə pullarını ala bilmədiyi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənlərlə bağlı "xxxx" ASC-dən müvafiq sənədlər tələb edilmiş, və xx.xx.2022-ci il tarixli məktubla X1 məzuniyyətdə olduğu günlər və məzuniyyətə görə ödənişlər idarəyə göndərilmişdir. Həmin məktubdan da görünür ki, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla 4 gün məzuniyyətdə olmuş və ona 72 manat 54 qəpik pul 20 sentyabr 2022-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddənin 5-ci bəndinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Lakin həmin müddət pozulmuş və məzuniyyət müddəti bitdikdən sonra 1 aydan çox müddət keçdikdən sonra həmin məbləğ ödənilmişdir. Bundan əlavə olaraq şikayətdə qeyd edilən pozuntunun uzanan pozuntu olması ilə bağlı bildirmişdir ki, məzuniyyət pulunun ödənilməməsi uzanan inzibati xəta hesab olunur və Konstitusiya Məhkəməsinin 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, məzuniyyət pulu 20 sentyabr 2022-ci ildə ödəndiyindən, inzibati xətanın bitmə vaxtı həmin tarix hesab olunur. X12 tərəfindən qəbul edilmiş qərar inzibati xətanın bitdiyi vaxtdan üç ay müddətində tərtib edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN1292726 inzibati tənbeh vermə haqqında qərarı qanuni olduğundan verilmiş şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN1292726 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 məzuniyyət haqqlarının ödənilməsində X13 tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.000 manat cərimə olunmuşdur. X7 tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 1980-ci ildən indiki adı ”AZENCO” ASC-də sürücü işləyir. 2005-ci ildən etibarən məzuniyyətdə olduğu müddətin pulu hesabına oturmur. Gözündə yaranmış problemlə əlaqədar sürücü vəzifəsində deyil, başqa vəzifədə çalışmaq istəyir, amma müəssisə rəhbərliyi onu məcbur edir ki, işdən ayrılsın. Ona köməklik göstərilməsini xahiş etmişdir. X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, X1 "xxxx" ASC-də əmək hüquqlarının pozulması barədə müraciəti əsasında X3 aid sənədlərin “Vətəndaşların mürciətləri haqqında” qanunun 7-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq X12 Bakı şəhər İdarəsinə göndərilməsi bildirilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7 xx.xx.2022xx.xx.2022-ci il tarixə qədər 4 gün məzuniyyətdə olmuş və xx.xx.2022-ci il tarixdə 72 manat 54 qəpik ona ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 11.3-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay(2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7) ilə 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir.) keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin: 5-ci bəndinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. 6-cı bəndinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. 7-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN1292726 inzibati tənbeh vermə haqqında qərarı ilə 1.000 manat cərimə tədbiq edilmişdir. Həmin qərar X1 məzuniyyət pullarınının ödənilməsində əmək qanunverciliyinin tələblərinin pozulması ilə əlaqədar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qəbul edilmiş qərar qanunidir və dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən X11 məzuniyyət pullarını qanunla müəyyən edilmiş vaxda ödəməmiş, yəni X8 ödənilməli məzuniyyət pulu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci bəndinə əsasən əmək məzuniyyətinə çıxdığı(04 avqust 2022-ci il) tarixə 3 gün qalmış ödənilməli halda ödənilməmiş və həmin hüquq pozuntusu məzuniyyət haqqlarının ödənilməli olduğu tarixdən başlamış, xx.xx.2022-ci il tarixdə məzuniyyət pulu ödəndiyindən inzibati xəta başa çatmışdır. Qeyd edilən qərar 14 noyabr 2022-ci il tarixdə tərtib olunduğundan məhkmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci bəndinə əsasən 3 aylıq müddət(inzibati xətanın baş verdiyi tarixə münasibətdə) ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarılır; Beləliklə, məhkəmə hesab edir ki, X11 şikayəti təmin edilməli, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN1292726 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X11 şikayəti təmin edilməsin. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar