Məhkəmə qərarları › İş №3(011)-50/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-50/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-50/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti baş inspektoru, polis leytenantı X3 və Bakı şəhər X11 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X4 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-50/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-50/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərar tam qeyriqanuni yazılmışdır, belə ki, qərar bir dəfə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv olunmuş, lakin Bakı şəhəri yol polisi araşdırma aparmadan qərar qəbul etmişdir. Protokol əsasında onun avtomobili ödənməyən cərimələrə görə duracağa qoyulmuşdur. Lakin duracaqda olan avtomobilə yenidən cərimə yazılmışdır xəbəri olmadan. Yol inspektoruna məhkəmə tərəfindən cərimələrinin xitam olunduğunu bildirmiş və qərarları növbəti gün təqdim edərək avtomobili duracaqdan çıxartmışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, sadəcə olaraq ona məxsus nəqliyyat vasitəsini Y.Səfərov küçəsində hərəkət hissəsinin 2-ci zolağında idarə edərkən, YPX-nin əməkdaşları ona saxla əmri verdikləri üçün o, məcbur qalıq ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkət zolağına keçmiş və bu səbəblə onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər X11 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 19 sentyabr 2022-ci il tarixdə idarə etdiyi “Nissan” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y.Səfərov küçəsində hərəkətdə olarkən “X8” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti baş inspektoru, polis leytenantı X6 izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 19 sentyabr 2022-ci il tarixində Bakı şəhəri, Y.Səfərov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağı ilə hərəkət etdiyindən tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş material¬larını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Nissan” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y.Səfərov küçəsində hərəkətdə olarkən “X8” Azərbaycan Respublikası Qanununun tələblərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X8” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Nissan” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y.Səfərov küçəsində hərəkətdə olarkən “X8” Azərbaycan Respublikası Qanununun tələblərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar