Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5003/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01 dekabr 2022-ci il tarixli, EP0002825 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, DGK X1 Sistemi-hesabat və təhlillər Forma 3.9 2.1-alğı-satqı ve konsignasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********9657 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********9659 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Baş Gömrük İdarəsində alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Cəmiyyətin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 26460 ABŞ məbləğində xarici valyuta vəsaitindən 16800 (on altı min səkkiz yüz dollar) ABŞ dolları ixracatçının müvəkkil bankda olan hesabına köçürülmüş, lakin 9660 (doqquz min altı yüz altmış dollar) ABŞ dolları ixracatçının müvəkkil bank hesabına köçürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi və barəsində protokol tərtib olunmuş orqanın nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində protokol tərtib olunmuş orqanın nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, X1 sistemində banklarla DGK arasında olan "FORMA 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata Əsasən "xxxx" MMC tərəfindən rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə 26460.00 ABŞ dolları məbləğində vəsait sözügedən hesabatda öz əksini tapmamışdır; Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 dekabr 2022-ci il tarixli, EP0002825 nömrəli protokoldan görünür ki, DGK X1 Sistemi-hesabat və təhlillər Forma 3.9 2.1-alğı-satqı ve konsignasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********9657 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********9659 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Baş Gömrük İdarəsində alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində cəmiyyətin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 26460 ABŞ məbləğində xarici valyuta vəsaitindən 16800 (on altı min səkkiz yüz dollar) ABŞ dolları ixracatçının müvəkkil bankda olan hesabına köçürülmüş, lakin 9660 (doqquz min altı yüz altmış dollar) ABŞ dolları ixracatçının müvəkkil bank hesabına köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (bu məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş ve Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********9657 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********9659 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Baş Gömrük İdarəsində alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Cəmiyyətin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 26460 ABŞ məbləğində xarici valyuta vəsaitindən 16800 (on altı min səkkiz yüz dollar) ABŞ dolları ixracatçının müvəkkil bankda olan hesabına köçürülmüş, lakin 9660 (doqquz min altı yüz altmış dollar) ABŞ dolları ixracatçının müvəkkil bank hesabına köçürülməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 9.660,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi - 2.898 (iki min səkkiz doxsan səkkiz) ABŞ dolları məbləğində cərimə edilsin inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5003/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5003/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver