Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5004/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, polisə tabesizlik göstərmişdir. Belə ki içkili olmuş, bu səbəbdən də hadisələrin çoxunu xatırlamır. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahi Əlizadə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində ƏÇPA-nın 3-cü PB-nün əməkdaşları tərəfindən bir nəfər şəxs PŞ-nə gətirilmiş, PŞ-nin həyətində olan zaman içkili olan şəxs tabesizlik etməyə başlayaraq söyüb təhqir edərək üzərilərinə hücum etməyə başlamış, daha sonra isə ona hücum edərək zərbə yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində ƏÇPA-nın 3-cü PB-nün əməkdaşları tərəfindən bir nəfər şəxs PŞ-nə gətirilmiş, PŞ- nin həyətində olan zaman içkili olan şəxs tabesizlik etməyə başlayaraq əməliyyat qrupunun üzvlərini söyüb təhqir edərək üzərilərinə hücum etməyə başlayaraq əməliyyat qrupunun üzvü polis leytenantı Şahin Əlizadəyə zərbələr endirmiş, tərəflərindən həmin şəxs tabesizliyinin qarşısı alınaraq PŞ-nə təmin edilmişdir. PŞ-də həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdi; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sahə rəisi polis kapitanı Tural Həbibullayev, sahə inspektoru polis baş-leytenantı Elçin Abbasov, ə/m polis leytenantı Şahin Əlizadə iştirakları ilə ondan Ötrü ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində ƏÇPA-nm 3- cü PB-nün əməkdaşları tərəfindən bir nəfər şəxs PŞ-nə gətirilmiş, PŞ-nin həyətində olan zaman içkili olan şəxs tabesizlik etməyə başlayaraq biz əməliyyat qrupunun üzvlərini söyüb təhqir edərək üzərimizə hücum etməyə başlayaraq ə/qrupunun üzvü polis leytenantı Şahin Əlizadəyə zərbələr endirmiş, tərəfimizdən həmin şəxs tabesizliyinin qarşısı alınaraq PŞ-nə təmin edilmişdir.PŞ-də həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir.ŞəxsR PŞ-nin saxlanma yerində olan zaman aqressiv şəkildə saxlanma yerinin qapısına təpik yumruqlar vurur, başını bədəninin müxtəlif nahiyələrini qapı və divara vuraraq özü özünə xəsarətlər yetirirdi.Həmin şəxs etdiyi əmələ görə üz və bədəninin hissələrində qızartılar, dodaq nahiyəsində şışkınlık-yaranmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 2/55164 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə Xətai rayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Nağıyev X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdə, saat 03:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdə, saat 03:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5004/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5004/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver