Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-504/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndələri X3 və X4, X1 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 27 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş protokol əsasında verilmiş 27 yanvar 2023-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını və bu qərarla bağlı yazılmış 1500 (min beş yüz) manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 17:00-18:00 radələrində özünü Əhməd Abbasbəyli kimi təqdim edən şəxs iki nəfər digər şəxs ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən kafedə yeyib-içdikdən sonra əsassız söz-söhbət yaratmışlar, ictimaiyyətin gözü qarşısında ünvanlı, ünvansız nalayiq ifadələr işlədərək, ictimai asayişi kobud şəkildə pozmuşlar, sonda isə yeyib-içdikləri hesablarını ödəmədən oranı tərk etmişdirlər. Bu barədə o, dərhal Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzinə” müraciət edərək hadisə ilə bağlı onlara məlumat vermişdir. Onun şikayəti əsasında ərazi üzrə xidmət aparan sahə müvəkkili onu çağırmış, izahatını aldıqdan sonra araşdırmanın nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları ona məxsus yuxarıda qeyd olunan ünvana gələrək qeyd olunan kafedə yeməyin keyfiyyəti ilə bağlı şikayət olduğu üçün kafedə yoxlamanın aparılması zərurəti yarandığını bildirmişdirlər. O, onlara etiraz etməyərək yoxlamanın aparılması üçün hər cür şərait yaratmışdır. Sözügedən obyektə baxış keçirildikdən sonra AQTA əməkdaşları obyekti tərk etmişdirlər. Həmin gündən bir gün sonra həmin əməkdaşlar yenidən ona məxsus obyektə gələrək nümunə götürməyi unutduqlarını bildirmişlər və ondan mal ətindən nümunə tələb etmişdirlər. Obyektdə mal əti olmadığı üçün onlar quzu ətindən (bişməmiş halda çəkisi 300 qrama qədər) və quzu ətindən hazırlanmış xan kababından (yarımfabrikat halda çəkisi 200 qrama qədər) nümunə götürmüşlər, yoxlanılması üçün özləri ilə aparmışlar, həmin məhsulların kafedə qalan hissəsini paketləşdirərək möhürləmiş halda soyuducuya qoymuşdurlar. xx.xx.2023-cü il tarixində ona özünü AQTA əməkdaşı kimi təqdim edən Gülarə adlı xanım zəng vurmuş, götürülmüş nümunənin laboratoriyada yoxlanılması üçün 183 (yüz səksən üç) manat vəsaitin lazım olduğunu, həmin vəsaitin ödənilməsini tələb etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində o, AQTA-nə dəvət edilmişdir. O, AQTAnə gedib laboratoriya rəyini tələb etmiş, onlar həmin rəyi ona təqdim etmişdirlər. Onların ona təqdim etdiyi rəydə guya AQTA əməkdaşları ona məxsus obyektdən “mal ətindən hazırlanmış bişmiş xaşdan” və bişməmiş halda mal ətindən nümunə götürdüklərini qeyd etmişdirlər. Bu məhsullarda müəyyən uyğunsuzluğun olduğu qeyd edilmişdir. Buna görə də əməlində guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci, 444.1ci və 447.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olması qənaətinə gəlinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri görülmüşdür. Halbuki həmin əməkdaşlar mal ətindən deyil qoyun ətindən nümunə götürmüşdürlər. Nümunə götürülmüş məhsulların digər hissələri möhürlənmiş halda hal-hazırda ona məxsus obyektdəki soyuducuda saxlanılır. Məhkəmənin nəzərinə çatdırır ki, əməlində inzibati xətanın tərkibi olmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib olunması və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbehin görülməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 385.0.3-cü maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübut olunmalıdır. Beləliklə, işin müəyyən olunmuş həqiqi hallarından məlum olur ki, onun əməlində inzibati xətanın tərkibini özündə ehtiva edən hər hansı bir hərəkət olmamışdır. Ona görə də hesab edir ki, AQTA-nin əməkdaşları tərəfindən tərtib olunan protokol əsasında verilmiş 27 yanvar 2023-ci il tarixli, MN № ******* saylı qərar ləğv olunmalı, bu qərar ilə bağlı yazılmış 1500 (min beş yüz) manat məbləğində cərimə silinməlidir. Məhkəmə iclasında X10 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə AQTA-nin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılmışdır. Əməkdaşlar tərəfindən kafedən 300 qram çiy və 300 qram bişmiş quzu (piti) əti götürüldüyü halda laboratoriyanın cavabında bişmiş xaş və çiy mal ətinin cavabı gəmişdir ki, bu həqiqəti əks etdirmir. Həmçinin, AQTA-nin əməkdaşları tərəfindən yoxlamanın sonunda məhsul nümunələrinin götürülməsi barədə akt tərtib olunsa da o, həmin aktda göstərilən hallarla razılaşmadığı üçün imza atmaqdan imtina etmişdir, lakin buna baxmayaraq sözügedən aktda onun əvəzinə imza çəkilmişdir. Yoxlama aparılan zaman qeydə alınmış videogörüntülərdən də məlum olur ki, səlahiyyətli orqan tərəfindən quzu ətindən nümunə götürülür və o, hadisə ilə bağlı tərtib olunmuş aktı imzalamaqdan imtina edir. Beləliklə o, göstərilənlərə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 27 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndələri X7 və X8 hər biri ayrı-ayrılıqda 27 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişlər ki, tərəflərindən keçirilmiş yoxlama zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət olunmaması, ət marinə olunmuş toyuq, balıq, dondurulmuş balıq ətlərinin müşayiətedici sənədlərinin olmaması, şişlərin tullantı qablarının yanında saxlanılması, soyuducuların korroziyaya uğraması, xx.xx.2023-cü il tarixli sınaq protokoluna əsasən “soyudulmuş mal əti” məhsulunda aparılmış sınaq nəticələrinə əsasən qeyd olunan məhsulun normativ sənədlərin tələblərinə cavab verməməsi faktı aşkar edildiyindən vəzifəli şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.3 və 447.0.5-ci maddələri ilə protokol tərtib olunmaqla 1500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən onlar X10 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 27 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin baş məsləhətçisi X8 tərəfindən 13 yanvar 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Prestij (Zəngəzur)” kafesində mal qonşuluğu qaydalarına riayət olunmaması, ət marinə olunmuş toyuq, balıq, dondurulmuş balıq ətlərinin müşayiətedici sənədlərinin olmaması, şişlərin tullantı qablarının yanında saxlanılması, soyuducuların korroziyaya uğraması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi X11 tərəfindən tərtib olunmuş 27 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, keçirilmiş yoxlama zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət olunmaması, ət marinə olunmuş toyuq, balıq, dondurulmuş balıq ətlərinin müşayiətedici sənədlərinin olmaması, şişlərin tullantı qablarının yanında saxlanılması, soyuducuların korroziyaya uğraması, xx.xx.2023cü il tarixli, AZ-20012400/LAB01-23001-T-001 nömrəli sınaq protokoluna əsasən “soyudulmuş mal əti” məhsulunda aparılmış sınaq nəticələrinə əsasən qeyd olunan məhsulun normativ sənədlərin tələblərinə cavab verməməsi faktının aşkar edilməsi əsas gətirilərək X6 Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.3 və 447.0.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən X9 ünvanlanmış 16 yanvar 2023-cü il tarixli bildirişdən görünür ki, “Zəngəzur” kafesində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə, bu sahədə sahibkarlara kömək götərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilmiş yoxlamanın materiallarına baxılması ilə bağlı 27 yanvar 2023-cü il tarixində saat 17:00-da səlahiyyətli orqanın inzibati binasına yaxınlaşması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib olunmuş qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli YPK/0015-23 nömrəli aktdan görünür ki, müəssisəyə baxış keçirilən zaman dondurucular və soyuducularda mal qonşuluğu qaydalarına riayət olunmur. Belə ki, balıq məhsulları, ət məhsulları (dondurulmuş şəkildə) və hazır dondurulmuş xəmir, bişmiş və dondurulmuş ətlər, kupatı, toyuq əti, dondurulmuş və bişmiş dolma, dondurulmuş mərci supu, dondurulmuş borş, marinə olunmuş toyuq və s. aşkar edilmişdir. Soyuducuların temperatur göstəriciləri yoxdur, suyun yığılaraq soyuducunun dib hissəsində qaldığı müəyyən edilmişdir. Dondurucunun qapağının tamlığı pozulmuşdur. Soyuducunun rəflərində və dondurucuda korroziya əlamətləri aşkar edilmişdir. Dondurucuda aşkar edilmiş kupatı və dondurulmuş balıqların sənədləri (keyfiyyət və təhlükəsizlik sənədləri) təqdim edilməmişdir. Sahibkar sözügedən məhsulların bazardan alındığını bildirmişdir. Dondurucu və soyuducuda saxlanılan hazır yeməklərin üzərində hazırlanma tarixi və vaxtı qeyd edilməmişdir. Müəssisədə çalışan işçilərin (4 nəfər) tibbi müayinədən keçmədiyi aşkarlanmışdır. Manqal yeməklərinin hazırlanması zamanı istifadə olunan şişlər antisanitar şəraitdə, tullantı qablarının yanında saxlanılır. Şişlərdə korroziya əlamətləri müşahidə edilir. Bunların saxlanıldığı ərazidə həşəratlar müşahidə olunmuşdur. Xammalın saxlanılması zamanı divar və döşəmə ilə məsafə gözlənilmir. Mətbəx sahəsində tavanın tamlığı pozulmuşdur və pəncərələrdə qoruyucu torlar təchiz edilməmişdir. Buda mətbəxdə hazırlanan yeməklərdə çirklərini riskini artırır. Müəssisədə çalışan işçilər üçün hər biri üçün ayrı-ayrılıqda dolablar təşkil edilməmişdir. İşçilərin xüsusi geyimi yoxdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib olunmuş məhsul nümunələrinin götürülməsinə dair xx.xx.2023-cü il tarixli 1700 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı 300 qram xaş (mal ətindən) və 300 qram soyudulmuş mal əti nümunə kimi götürülmüş, aktın doğruluğu AQTA-nin baş məsləhətçisi X4 və vəzifəli şəxs X6 imzaları ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 4/469 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 3(011)-504/2023 saylı inzibati işin 91-ci vərəqəsində olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1700 nömrəli məhsul nümunələrin götürülməsi aktında “sahibkar və ya nümayəndəsinin soyadı, adı və atasının adı imza” qrafasındakı imza – X10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 3(011)-504/2023 saylı inzibati işin 91-ci vərəqəsində olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1700 nömrəli məhsul nümunələrin götürülməsi aktında “sahibkar və ya nümayəndəsinin soyadı, adı və atasının adı” qrafasındakı yazılar – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 220.1-ci maddəsinə əsasən xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir; 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir; 447.0.3 və 447.0.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə və standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Yeyinti X5 5-ci maddəsinə əsasən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra standartlar və tələblər) vasitəsi ilə həyata keçirilir. Qida məhsullarında istifadə olunan xammala, onların istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə standartlar və tələblər, habelə onların təkmilləşdirilməsi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən işlənilir və müəyyən edilmiş qaydada təsdiq edilərək dövlət qeydiyyatından keçəndən sonra qüvvəyə minir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət olunmaması, ət marinə olunmuş toyuq, balıq, dondurulmuş balıq ətlərinin müşayiətedici sənədlərinin olmaması, şişlərin tullantı qablarının yanında saxlanılması, soyuducuların korroziyaya uğraması, xx.xx.2023-cü il tarixli, AZ-20012400/LAB01-23001-T-001 nömrəli sınaq protokoluna əsasən “soyudulmuş mal əti” məhsulunda aparılmış sınaq nəticələrinə əsasən qeyd olunan məhsulun normativ sənədlərin tələblərinə cavab verməməsi faktının aşkar edilməsi əsas gətirilərək X6 Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.3 və 447.0.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq əməkdaşlar tərəfindən kafedən 300 qram çiy və 300 qram bişmiş quzu (piti) əti götürüldüyü halda laboratoriyanın cavabında bişmiş xaş və çiy mal ətinin göstərildiyini, AQTA-nin əməkdaşları tərəfindən yoxlamanın sonunda məhsul nümunələrinin götürülməsi barədə tərtib olunmuş aktda olan imzanın ona məxsus olmadığını, yoxlama aparılan zaman qeydə alınmış videogörüntülərdən də məlum olduğu kimi səlahiyyətli orqan tərəfindən quzu ətindən nümunə götürüldüyünü və onun hadisə ilə bağlı tərtib olunmuş aktı imzalamaqdan imtina etməsinin öz əksini tapdığını bildirərək barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə, X6 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib olunmuş məhsul nümunələrinin götürülməsinə dair xx.xx.2023-cü il tarixli 1700 nömrəli aktda olan imzanın özünə məxsus olmaması ilə əlaqədar qeyd edir ki, şikayətçinin sözügedən halın araşdırılması ilə bağlı vəsatəti təmin olunmaqla imzanın ona məxsus olub-olmamasını dəqiqləşdirmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 aprel 2023-cü il tarixli 4/469 saylı ekspert rəyində ekspertizaya təqdim edilmiş, 3(011)-504/2023 saylı inzibati işin 91-ci vərəqəsində olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1700 nömrəli məhsul nümunələrinin götürülməsi aktında “sahibkar və ya nümayəndəsinin soyadı, adı və atasının adı imza” qrafasındakı imzanın – X10 tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, X6 məhsul nümunələrinin götürülməsinə dair xx.xx.2023-cü il tarixli 1700 nömrəli aktda olan imzanın ona məxsus olmaması ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Bundan başqa, X10 məhkəməyə təqdim etdiyi videogörüntülərdə səlahiyyətli orqan tərəfindən quzu ətindən nümunə götürülməsinin və nümunələrin götürülməsi barədə olan aktı imzalamaqdan imtina etməsini əks edildiyini qeyd etsə də, məhkəmə iclasında həmin videogörüntülərə baxış keçirilmiş, lakin şikayətçinin izahatında qeyd etdiyi xüsusatları müəyyən etmək qeyri-mümkün olmuşdur. Bundan əlavə X10 aktı imzalamaqdan imtina etməsini qeyd etsə də, 06 aprel 2023-cü il tarixli 4/469 saylı ekspert rəyi ilə müəyyənləşdirilmişdir ki, həmin aktda olan imza X9 məxsusdur. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-504/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-504/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver