Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5053/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Məhərova Sevinc Vəkil qızının, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun xəbəri olmadan AQTA tərəfindən 1500 manat cərimə yazılmışdır. Ona məlumat vermədən göndərilmişdir Nizami rayon icra məmuruna. O, bu qərardan razı deyil. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Məhərova Sevinc Vəkil qızı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Keşlə qəsəbəsi, O.Vəliyev 12 ünvanında fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvan ətlərinin satışı mağazasında satışı həyata keçirilən ətlərin sağlamlığını və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər olmadığından, habelə mağazada çalışan işçinin sağlamlığını təsdiq edən tibbi arayış mövcud olmadığından X2 barəsində Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddələrinə əsasən inzibati cərimə cəzası tətbiq edilmişdir. Beləliklə o, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyini və şikayət ərizəsinin əsassız olduğunu bildirərək qərarın dəyişdirilmədən saxlanılmasıı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, törətdiyi əməli etiraf edərək bildirmişdir ki, iri və xırdabuynuzlu heyvan ətlərinin satışı mağazasında heyvanların kəsimini müvafiq icazə olmadan həyata keçirmişdir. Belə ki, heyvanları başqa yerə aparmağa maddi imkanı əl vermir. Məhkəmə şikayətçinin və səlahiyyətli nümayəndənin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Keşlə qəsəbəsi, O.Vəliyev 12 ünvanında fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvan ətlərinin satışı mağazasında satışı həyata keçirilən ətlərin sağlamlığını və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin mövcud olmaması, habelə mağazada çalışan işçinin sağlamlığını təsdiq edən tibbi arayışın mövcud olmaması əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Keşlə qəsəbəsi, O.Vəliyev 12 ünvanında fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvan ətlərinin satışı mağazasında satışı həyata keçirilən ətlərin sağlamlığını və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin mövcud olmaması, habelə mağazada çalışan işçinin sağlamlığını təsdiq edən tibbi arayışın mövcud olmaması əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində cərimə edilmişdir. X4 məhkəmə iclasında verdiyi izahatında törətdiyi əməli etiraf edərək, iri və xırdabuynuzlu heyvan ətlərinin satışı mağazasında heyvanların kəsimini müvafiq icazə olmadan həyata keçirdiyini, heyvanları başqa yerə aparmağa maddi imkanının əl vermədiyini, buna baxmayaraq barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirsə də, X2 izahatında və ərizəsində qeyd etdiyi hallar səahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X2 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5053/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5053/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver