Məhkəmə qərarları › İş №3(011)-5054/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5054/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5054/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, X1 iştirakı ilə, X4 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXM-nin 38.6-cı maddəsinə əsasən ona 24 saatdan sonra qanunsuz olaraq yazılan protokol və cərimənin ləğvi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 16:58 radələrində **-PU-*** D.Q.N.-lı “Honda İnsight” markalı avtomobili ilə Xocalı prospektində hərəkətdə olarkən yolun sağ kənarında avtobus zolağında çəkilmiş azparking zolağına daxil olmaq üçün qırıq xətdən parking zolağına daxil olmuşdur. Daxil olduğu zolağa paralel məhəllədən çıxış üçün də qırıq xətt var idi. Lakin o, parkingdə dayanma edəcəyi üçün həmin qırıq xəttə məhəl qoymamış və parkingdə avtomobilini saxlamaq üçün avtobus zolağında hərəkətini davam etdirmişdir. Üzərindən 5 gün, yəni xx.xx.2025-ci il tarixində telefonuna özünü polis əməktaşı kimi təqdim edən şəxs zəng vuraraq onu polis bölməsinə dəvət etmiş ki, “xx.xx.2024-cü il tarixində qayda pozmuşunuz, yaxınlaşın tanış olun”. İşdə olduğunu, iş yerini tərk edə bilməyəcəyini bildirmiş və İXM 38.6-cı maddəyə əsasən cərimə tətbiq edilməsinin qanunsuz olduğunu istəsəniz elektron formada asanpay hesabına yerləşdirmələrini, protokoldan şikayətini bildirəcəyini ifadə etmişdir. Üzərindən 1 saat keçdikdən sonra İXM 122.1-ci maddənin tələbi pozularaq elektron protokol əvəzinə fiziki olaraq tərtib olunmuş İXP7240398 nömrəli protokol və 100 manat 3 cərimə balı asanpay hesabına qanunsuz olaraq yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhər yol polisi idarəsinə yaxınlaşmış və İXM 38.6-cı maddəsinə əsasən ona yazılan protokolun 24 saatdan sonra tətbiq edilməsi qanunsuzdur və protokolu ləğv etmələrini xahiş etmişdir. Əvəzində ona cavab olaraq İXM 91.1-ci maddəni əsas tutaraq protokolun yazıldığını bildirmişlər. Bildirmişdir ki, haqlısınız tətbiq edə bilərsiniz, lakin 24 saat ərzində, 24 saatdan sonra tətbiq edə bilməzsiniz. Buna İXM 38.6-cı maddə və 122.1-ci maddə icazə vermir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobili parklamaq üçün ümumi istifadə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa çıxmış, lakin daha sonra avtomobili park etmədən avtobus zolağından çıxıb getmiş, buna baxmayaraq barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının inspektoru, polis serjantı Tural Kərimov raportla rəhbərliyə müraciət edərək həmin tarixdə "Honda İnsight" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsini, lakin tərəfindən sürücünün saxlanılmasının mümkün olmadığını qeyd etmişdir. Raport əsasında həmin tarixdə inzibati icraatın başlanması və inzibati araşdırmanın aparılması qərara alınmış, araşdırma nəticəsində X4 xx.xx.2025-ci il tarixdə inzibati xəta hadisəsi törətməsi müəyyən edilmişdir. Bundan əlavə, hadisə zamanı qeydə alınmış videogörüntülərdən də göründüyü kimi X6 tərəfindən “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə idarə edilmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 16:58-də Xətai rayonu, Xocalı prospektində “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlama və inzibati araşdırma aparılması haqqında 25 iyun 2025-ci il tarixli qərardaddan görünür ki, “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması faktı aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının inspektoru, polis serjantı Tural Kərimov tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 16:58-də xidmət apararkən müəyyən etmişdir ki, "Honda İnsight" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etmiş, lakin tərəfindən sürücünün saxlanılması mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yola daxil olaraq hərəkətini davam etdirir və avotomobili park etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir; 101.1-ci maddəsinə əsasən nzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır; 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində, saat 16:58-də Xətai rayonu, Xocalı prospektində “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında hadisə zamanı idarə etdiyi avtomobili parklamaq üçün ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa çıxdığını, lakin daha sonra avtomobili park etmədən avtobus zolağından çıxıb getdiyini, barəsində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının inspektoru, polis serjantı Tural Kərimov tərəfindən bilavasitə aşkar edilmiş inzibati xəta hadisəsi barədə 25 iyun 2025-ci il tarixli raport tərtib edildikdən sonra “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə həmin tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. Baş vermiş inzibati xəta hadisəsi barədə müvafiq araşdırma aparılmalı olduğundan xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərarla şəxsin barəsində cərimə cəzası tətbiq edilmişdir. Bundan əlavə, məhkəməyə tərəfindən səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı da “Honda İnsight minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yola daxil olması və hərəkətini davam etdirməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar