Məhkəmə qərarları › İş №3(011)-5057/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5057/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5057/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu X1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(011)-976/2016 saylı icra sənədi üzrə aliment borcunun əmək haqqından tutulmasıyla bağlı məlumat verilməmiş və tutulmalar tələbkara köçürülməmişdir. Bununla da borclu X1 işlədiyi hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, 30 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında icra məmuru borclu X1 işlədiyi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin rəis müavini Vüqar Hüseynov tərəfindən məhkəməyə ünvanlanmış ərizəni araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, borclu X1 işlədiyi hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Xətai Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI M: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar