Məhkəmə qərarları › İş №3(011)-5068/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5068/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5068/2022 19.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı Kommersiya Məhkəməsinin e-16(113)-176/2022 saylı, 09 dekbar 2022ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən MN ******* nömrəli, 15 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-176/2022 saylı, 09 dekbar 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs MMC ilə maraqlı şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi Zərərçəkmiş şəxs MMC-yə icarə verilmiş ünvan 1 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi Zərərçəkmiş şəxs MMC tərəfindən sərbəst istifadə edilməsi "xxxx" MMC-yə və digərləri tərəfindən yaradılan maneələr 1 ay müddətinə aradan qaldırılmalıdır. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və borclu Şəxs icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi təmin etmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-176/2022 saylı, 09 dekbar 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs MMC ilə maraqlı şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi Zərərçəkmiş şəxs MMC-yə icarə verilmiş ünvan 1 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi Zərərçəkmiş şəxs MMC tərəfindən sərbəst istifadə edilməsi "xxxx" MMC-yə və digərləri tərəfindən yaradılan maneələr 1 ay müddətinə aradan qaldırılmalıdır. Bundan başqa "xxxx" MMC tərəfindən məhkəməyə müraciət edilmiş, belə ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaına əsasən "xxxx" MMC məxsus və Zərərçəkmiş şəxs MMC-yə icarəyə verilmiş DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı avadanlıqların istismar edilməsi (istifadə edilməsi) Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə və digər şəxslərə qadağan edilmişdir. Zərərçəkmiş şəxs MMC özbaşına kommersiya fəaliyyəti ilə məşğul olduqlarından, bundan başqa icarə haqqı və komunal xidmətlərdən qanunsuz istifadə etdiklərindən həmin hüquqi şəxsin qeyd edilən əraziyə buraxılması "xxxx" MMC rəhbərliyi tərəfindən qadağan edilmişdir. Bundan başqa o, "xxxx" MMC-də baş mühəndis vəzifəsində çalışır və bu səbəbdən də onun vəzifə şəxs kimi heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X1 bildirdi ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin Əmək müqaviləsi bildirişindən göründüyü kimi Şəxs "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyir. Bu səbəbdən də Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində əsassız olaraq inzibati protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin qanuni təmsilçisi X4 bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-176/2022 saylı, 09 dekbar 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs MMC ilə maraqlı şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi Zərərçəkmiş şəxs MMC-yə icarə verilmiş ünvan 1 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi Zərərçəkmiş şəxs MMC tərəfindən sərbəst istifadə edilməsi "xxxx" MMC-yə və digərləri tərəfindən yaradılan maneələr 1 ay müddətinə aradan qaldırılmalıdır. Lakin "xxxx" MMC-nin rəhbərliyi tərəfindən icra vərəqəsini icra etməkdən qərəzli şəkildə imtina etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəsnin qeydinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş materiallarından olan Bakı Kommersiya Məhkəməsinin e-16(113)-176/2022 saylı, 09 dekbar 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə maraqlı şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi Zərərçəkmiş şəxs MMC-yə icarə verilmiş ünvan 1 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi Zərərçəkmiş şəxs MMC tərəfindən sərbəst istifadə edilməsi "xxxx" MMC-yə və digərləri tərəfindən yaradılan maneələr 1 ay müddətinə aradan qaldırılmalıdır. Əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs "xxxx" MMC-də baş mühəndiz vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar