Məhkəmə qərarları › İş №3(011)-5073/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5073/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5073/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, BDYPİ-nə bilavasitə tabe olan YPXAQ-nin operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 11 sentyabr 2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Azsamand” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Fəvvarələr küçəsində Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi “Nissan Note” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sərnişin Zərərçəkmiş şəxs2 xəsarət alması və sürücü Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, “Nissan Note” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 08:30 radələrində həmin avtomobillə İ.Zülfüqarov küçəsində avtomobilin arxa oturacağına xanım müştərini götürüb Ağ Şəhər ərazisində Fəvvarələr küçəsi ilə üzü S.Vəzirov küçəsi istiqamətinə doğru hərəkət edərək piyada zolağı üzərində piyadanın keçdiyini görüb avtomobili saxlayaraq piyadaya yol verən zaman arxadan gələn “Azsamand” markalı avtomobil onun avtomobilinin arxa hissəsindən çırpılmışdır. Hadisə zamanı avtomobildə olan xanım sərnişin və özü xəsarət almışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında Şəxs və səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişlər və bunun səbəbi barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 29 avqust 2024-cü il tarixli, 948 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 sol diz oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması və hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/46766 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Zərərçəkmiş şəxs1 sərxoş olmadığı müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/46768 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 11 sentyabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində, Şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), vurulmuş zərərin ödənilməsini (İXM-32.1.7), zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar