Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5076/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin DYPŞ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10:30-radəiərində etibarnamə ilə idarə etdiyi Hyundai Elantra markalı Az **- XL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən saatda 40-50 km sürətlə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkətdə olan zaman Ukrayna dairəsində avtomobilin sürətini azaltmış, sol tərəfindəki avtomobil hərəkət etdiyi üçün oda təxminən saatda 30-35 km sürətlə hərəkət edən zaman həmin avtomobilin qarşısından əsas yolda hərəkətdə olan Moped onun qarşısına çıxmış, o ehtiyatsızlığından həmin mopedi vurmuş, nəticədə isə Mopedin sürücüsü yıxılaraq xəsarət almışdır. O, bundan sonra Mopedin sürücüsü sonradan adını bildiyi Kənan adlı şəxsi avtomobilə əyləşdirib xəstəxanaya aparmış, xəstəxanada isə müayinə olunduqdan sonra onu yaşadığı evə aparmışdır. O, hadisənin özünün ehtiyatsızlığı səbəbindən baş verdiyini, köməkçi yoldan gələndə hər bir halda gözləməli olduğunu bildirmişdir. O, hadisə zamanı xəsarət almadığını, YNH zamanı idarə etdiyi Hyundai Elantra markalı avtomobilində özündən başqa anası X8, həyat yoldaşı X5, qızı 2022-ci il təvəllüdlü X4 və oğlu 2019-cu il təvəllüdlü X2 olduqlarını, onlardan isə heç biri xəsarət almadıqlarını, hadisə baş verən anda hava şəraitinin aydın, yol örtüyünün asfalt, asfalt örtüyünün quru, idarə etdiyi Hyundai Elantra markalı avtomobilinin texniki cəhətdən saz olduğunu, hadisə baş verər, zaman avtomobilinin yük yerində yük olmadığını bildirmişdir.Göstərilənlərin nəzərə alınaraq barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X15 xx.xx.2024-cü il tarixli, 870 saylı ekspert rəyindən görünür ki, X1 ayaq pencəsi və daban nahiyəsinin geniş ölçülü cırılmış yarası, sağ qalça, sol diz oynağı, sağ əl nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirində törənmişdir, xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; 03 sentyabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan məlum olur ki, Şəxs əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir; Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. X10 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Şəxs qarşı heç bir şikayəti yoxdur və onunla barışmışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5076/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5076/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver