Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5078/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, 05 avqust 1964-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ai təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 28 avqust 2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində X2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, F.Bayramov küçəsi ilə hərəkət edərək STOP nişanının tələbini pozmaqla S.Orucov küçəsinə daxil olmuş və həmin küçədə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Rav4” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sürücü Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 Yüngül dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 03 avqust 2024-cü il tarixli, 849 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazunun dərialtı hematoması və hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 03 avqust 2024-cü il tarixli, 850 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 başın təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 28 avqust 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xətai RPİ-nin TŞ-də verdiyi izahatında bildirmişdir ki, “Toyota Rav 4” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həyat yoldaşı Zərərçəkmiş şəxs1 idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 21:24-də həmin avtomobili həyat yoldaşı Etibar idarə edirdi, o isə qabaq oturacaqda oturmuşdur. Etibar Xətai rayonu, S.Orucov küçəsi ilə hərəkətdə olan zaman A.Cəlilov küçəsi istiqamətindən F.Bayramov küçəsi ilə S.Orucov küçəsi istiqamətinə doğru hərəkət edən “Toyota Prado” markalı avtomobilin sürücüsü, “STOP” nişanının tələblərini pozaraq Etibarın hərəkət etdiyi avtomobil zolağına çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o və həyat yoldaşı xəsarət almışlar. Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xətai RPİ-nin TŞ-də verdiyi izahatında bildirmişdir ki, “Toyota Rav 4” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 21:24-də Xətai rayonu, S.Orucov küçəsi ilə üzü F.Bayramov küçəsi istiqamətinə doğru saatda 30 km sürətlə hərəkətdə olan zaman K.Bayramov küçəsində S.Orucov küçəsi istiqamətinə doğru hərəkət edən “Toyota Prado” markalı avtomobil STOP nişanının tələbinə əməl etmədən onun hərəkət etdiyi avtomobil yoluna çıxdığından yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilmə maddi ziyan dəymiş, özü və qabaq oturacaqda oturan həyat yoldaşı isə xəsarət almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5078/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5078/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver