Məhkəmə qərarları › İş №3(011)-5103/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5103/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5103/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə X2 Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verillməsi barədə şikayətinə baxmağa hazırlıq zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə təyin edilməsi barədə Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verillməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 vəsatətlə müraciət edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığından və qərarın surətini gec aldığından şikayət vermə müddətini buraxmışdır. Qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və qərarın surəti İnzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi 20 gündən artıq müddət keçdikdən sonra, yəni 15 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şikayətə baxmağa hazırlıq zamanı müəyyən edilmişdir ki, şikayətçi inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığından və qərarın surətini gec aldığından qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmiş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlil göstərməmiş, bu barədə iş materiallarına sübut əlavə edilməmişdir. Göründüyü kimi X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən, vəsatət rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar