Məhkəmə qərarları › İş №3(011)-511/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-511/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-511/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində EXP ******* saylı protokol və həmin protokol üzrə qərar qəbul edilmişdir. Qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə qəbul olunsa da onun həmin qərardan xəbəri olmamışdır. Xocalı Rayon İcra şöbəsindən xx.xx.2025ci il tarixdə sms vasitəsi ilə İcra şöbəsinə dəvət olunmuşdur. Özü İ qrup əlildir. Protokol tərtib olunan vaxtı həmin evdə olmamışdır. Bütün qeyd olunanları və şikayətçi müəllimin onun işçisi olmadığını, onun əmək müqaviləsi ilə heç bir hüquqi bağlılığın olmadığını nəzərə alaraq Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, EXP ******* nömrəli protokol əsasında X3 tərəfindən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 80 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə X3, Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 80 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Göstərilənlərə əsasən hazırki iş üzrə müəyyən olunur ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsaslar mövcud olmamışdır. Belə ki, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, onun Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli qərarı Rasim Bağırovun əməllərində inzibati xəta tərkibi olmadığından ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar