Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5115/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Tərtər rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi üzrə tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli, MN1747242 saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli və ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs cəmi 200 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 izahatında bildirdi ki, Şəxs barəsində qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə, Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin cərimələrə icra edilməsi məqsədi ilə Bakı şəhər Xətai Rayon İcra şöbəsinə göndərilmişdir. Şəxs cərimələri ödənilməsi qanuna uyğun bildirilsə də, o imkanı olmadığını bildirərək cərimə ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, cərimələrin ödənilməsi ilə bağlı icra məmuru tərəfindən ona məlumat verilsə də, imkanı olmadığından cərimə borcunu ödəyə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir; Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli və ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs təyin edilmiş inzibati tənbehin müddətinin əvvəli onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrasına nəzarətin həyata keçirilməsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5115/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5115/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver