Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5124/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 16 aprel 2025-ci il tarixli, 00800-00450/25 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3100/012/004375 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, ünvan 1y "Aberdeen) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN:**********) Niderland Krallığında fəaliyyət göstərən "Krohne Altometer/PD&MS Energy (Aberdeen) LTD” şirkətindən göndərilmiş netto çəkisi 617 kq, ümumi gömrük dəyəri 498272.09 AZN olan yüklər xx.xx.2024-cü il tarixli **********3104 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan gömrük bəyənnaməsi əsasında müvəqqəti saxlancda yerləşdirilmiş yüklərin saxlanc müddətinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbənin rəisi Cavid Dadaşov tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli raportdan görünür ki, "PD and MS Energy (Aberdeen) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********3104 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 498272,09 AZN, netto çəki 617 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. **********3104 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mallar ölkəyə xx.xx.2024-cü il tarixdə idxal edilmişdir. İş materiallarında olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 19 mart 2025-ci il tarixli izahatından görünür ki, MMC-nin əsas fəaliyyəti neft sənayesinə aid olan məhsulların idxalı və ixracından ibarətdir. xx.xx.2024-cü il tarixli **********3104 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Niderland Krallığında fəaliyyət göstərən "Krohne Altometer/PD&MS Energy (Aberdeen) LTD" şirkətindən "PD and MS Energy (Aberdeen) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına göndərilmiş ümumi invoys dəyəri 498272.09 manat olan "qazma işləri zamanı istifadə üçün nəzərdə tutulmuş Optiflux markalı məsrəfölçənlər" adlı yüklər müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Həmin mallar gömrük ərazisinə gətirilərkən gömrük rəsmiləşdirilməsi zamanı invoys sənədlərində ziddiyyətlər olduğu müəyyən olunmuşdur. Belə ki, qarşı tərəfin tərtib etdiyi S01/41926 nömrəli invoys sənədlərində malların dəyəri 200264.40 avro, xidmət haqqı isə 17500 avro kimi qeyd olunmuşdur. Bu səbəbdən gömrük orqanından bildirdilər ki, invoys sənədlərinə düzəliş olunmalıdır və bunun üçün də Dövlət Gömrük Komitəsinə müraciət olunmalıdır. Bundan sonra şirkət tərəfindən DGK- a müraciət edilmiş, müzakirələrdən sonra invoys sənədlərinə müvafiq düzəlişlərin edilməsi haqqında qərar qəbul edilmişdir. Qarşı şirkət tərəfindən yeni invoys sənədi tərtib olunduqdan sonra həmin malları rəsmiləşdirmək istədikdə, başqa bir problemlə üzləşmişlər. Belə ki, "PD and MS Energy (Aberdeen) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının segmentlərdən biri olan "xxxx" MMC-nin azadolma sertifikatı olmadığından həmin malları rəsmiləşdirmək mümkün olmamışdır. Azadolma sertifikatı almaq üçün Dövlət Gömrük Komitəsinə müraciət edilmişdir. Lakin də hələ də müsbət cavab əldə edilmədiyindən xx.xx.2024-cü il tarixli **********3104 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlancda qalma müddəti pozulmuşdur. "PD and MS Energy (Aberdeen) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən törədilmiş inzibati xətanı qəbul edir və malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı ödənilməli olan ödənişlərin "PD and MS Energy (Aberdeen) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəniləcəyinə dair öhdəlik götürür. Sözügedən mallar istifadə olunmamışdır. Nəticədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göstərilənlərə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 6.3-cü bəndinə görə, gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda, natamam bəyannamə təqdim edilir. Həmin Qaydaların 6.1-ci bəndinə görə, bəyannaməçi gömrük bəyannaməsini bu Qaydaların 6.3-cü bəndində göstərilən səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları bu Qaydaların 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada natamam bəyannamənin verilməsinə icazə verirlər. Həmin Qaydaların 6.5-ci bəndinə görə, icazə onun alınması üçün bu Qaydaların 6.2ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs şirkəti tərəfindən gömrük bəyənnaməsi əsasında müvəqqəti saxlancda yerləşdirilmiş yüklərin saxlanc müddətinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla da, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5124/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5124/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver