Məhkəmə qərarları › İş №3(011)-5129/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5129/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5129/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 22 aprel 2025-ci il tarixli, 13000- 00559/25 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/001592 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/001592 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən Gürcüstan Respublikasının "Globalparking Holdings LTD” şirkətinin ünvanına elektrik enerjisinin ixrac edilməsi ilə bağlı xx.xx.2025- ci il tarixli **********1781 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə elektrik enerjisinin "Globalparking Holdings LTD” şirkətinin ünvanına 2025ci ilin fevral ayında ixrac edildiyi bildirilmişdir. Lakin, Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən tərtib edilmiş **********1781 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Rəsmiləşdirmə Mərkəzi 1-ci şöbəsinin inspektoru Calal Bünyadov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən "Globalparking Holdings" LTD-nin ünvanına Elektrik enerjisinin ixrac edilməsi ilə bağlı xx.xx.2025-cil tarixli, **********1781 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə elektrik enerjisinin "Globalparking Holdings" LTD-nin ünvanına 2025-cü ilin fevral ayı ərzində ixrac edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 331 saylı "Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 2.4-cü bəndinə əsasən elektrik enerjisinin ixracı zamanı natamam bəyannamə təqdim edilməlidir. Lakin, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Həmçinin, natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən tərtib edilmiş **********1781 saylı gömrük bəyannaməsinin 40- cı qrafasında da öz əksini tapmışdır. **********1781 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mallar ölkəyə xx.xx.2025-ci il tarixdə idxal edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 18 aprel 2025-ci il tarixli izahatından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən Gürcüstan Respublikasının "Globalparking Holdings LTD” şirkətinin ünvanına elektrik enerjisinin ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********1781 saylı gömrük bəyannaməsi tərtib etmişlər. Həmin elektrik enerjisi "Globalparking Holdings LTD” şirkətinin ünvanına 2025-ci ilin fevral ayında ixrac edilmişdir və həmin məsələni **********1781 saylı gömrük bəyannaməsində qeyd etmişlər. Lakin, müvafiq sənədləşmə işlərində problemlər olduğuna görə elektrik enerjisi ixrac edildiyi zaman, tərəflərindən sözügedən yükə dair natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göstərilənlərə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 6.3-cü bəndinə görə, gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda, natamam bəyannamə təqdim edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar