Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5131/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ixrac olan mallar üçün ödənilməli olan vəsait müvəkkil bankın hesabına daxil olmamışdır. Buna görə də Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində 16 aprel 2025-ci il tarixli 00700-00057/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Sumqayıt Gömrük İdarəsinə və Şəxs- Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Sumqayıt Gömrük İdarəsinin və Şəxs - Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs- Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 aprel 2025-ci il tarixli 00700-00057/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025ci il tarixli 3- 33-1800/012/000835 saylı raportun araşdırması zamanı müəyyən edilmişdir ki, "X2 X3 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********0760 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. Rəsmiləşdirmə Mərkəzinin rəisi, gömrük xidməti polkovniki Musa Tağıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə, 21 oktyabr 1994-cü il tarixli 910 nömrəli "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsuliyyət yaradır. "X2 X3 SANAYİ VE DİŞ TİCARET LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə əlaqədar müəssisənin ünvanına müvafiq bildiriş göndərilmişdir. Bununla yanaşı Dövlət Gömrük Komitəsinin X1 sistemində banklarla gömrük orqanları arasında olan elektron hesabat formasından (FORMA 3.9.2.1) əldə edilmiş məlumata əsasən "X2 X3 SANAYİ VE DİŞ TİCARET LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən rəsmiləşdirilən **********0760 sorğu nömrəli gömrük bəyannaməsi üzrə (GB) 4800,00 ABŞ dolları məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. İş materiallarında olan **********0760 sorğu nömrəli gömrük bəyannaməsi və gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, mallar xx.xx.2024-cü il tarixdə ixrac edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs Şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs-Şirkətinə həmin maddənin sanksiyası həddində ödənilməli olan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs « X2 X3 SANAYİ VE DİŞ TİCARET LİMİTED » Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti 4800 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində, yəni 1440 (bir min dörd yüz qırx) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə) cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5131/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5131/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver