Məhkəmə qərarları › İş №3(011)-5176/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5176/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5176/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan MR, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 27 sentyabr 2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Ocaq» kafesində Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Oçaq kafesində ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə həmşə olduğu kimi işə gəlmişdir. Bir necə saat keçdikdən sonra kafenin mətbəxində çörək kəsən zaman kafenin digər ofisiantı olan Lətafət adlı şəxs ona yaxınlaşaraq guya atmaca atdığına görə ucadan üstümə qışqıraraq nalaiq ifadələr işlətmişdir. Bu zaman onların məsələsinə kafenin digər işçisi müdaxilə edərək sakitləşməsini bildirmişdir. Həmin vaxt Lətafət onun üz nahiyyəsindən yumruq zərbəsi endirdikdən sonra qolundan və saçından tutub dartmağa başlamışdır. Kafedə müdür vəzifəsində çalışan Mürsəl adlı şəxs onun qolundan tutub ayırmışdır. Həmin vaxt Mürsəl heç bir səbəb olmadan ona işdən azad olduğunu bildirmişdir. Daha sonra DİN-102 zəng xidmət mərkəzinə bü barədə məlumat vermişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 5 ilə yaxındır Bakı şəhəri, Xətai rayonu, Əhmədli qısıbəsində yerləşən “Oçaq” restoranında ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə Qahirə adlı xanım “Oçaq” restoranında işə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16:36-da müştəri masasına sifariş aparan zaman Qahirə ona söznən atmaca ataraq aşağı mətbəxə düşmüşdür. O sifarişi stola buraxdıqdan sonra aşağı mətbəxə düşüb niyə atmaça atdığını soruşduqda cavab olaraq atmaça atmadığını bildirmişdir. Həmin vaxt o Qahirəni itəliyərək yalan danışdığını bildirmişdir. Bu zaman Qahirə onun və ailəsinin ünvanına nəlaiq və təhqiramiz ifadələr işlədərək çörək qabını üz nayyiyəsinə atmışdır. Daha sonra kafedə kababçı işləyən Aqil adlı şəxs onları araladıqdan sonra yaşadığı ünvana çıxıb getmişdir. Hadsə təxminən 3-5 dəqiqə davam etmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib bildirmişdir ki, faktla bağlı təhqiqat aparılmış, cinayət işi başlanılması rədd edilmiş, nəticədə Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması aşkar olunmuş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X6 xx.xx.2024-cü il tarixli, 979 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağının iç səthinin səthi əzilmiş yarası və sağ saidin qançırı müəyyən edilmiş, xəsarət bərk-küt əşya təsirindən törənmiş, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır; 09 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Ocaq» kafesində Zərərçəkmiş şəxs döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Ocaq» kafesində Zərərçəkmiş şəxs döyməsi faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyeva X3 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Quliyeva X3 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar