Məhkəmə qərarları › İş №3(011)-5177/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5177/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5177/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, X1 dövlət texniki baxışdan keçmək üçün vaxt verilməsi barədə verilmiş ərizəni nəzərdən keçirərək, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan avtomaşının dövlət texniki baxışdan keçirilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Daha sonra X2 ərizə ilə məhkəməyə müraciət edərək vermiş olduğu şikayət əzirəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar