Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5178/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayəti müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixində DİN BDYPİ X8 tərəfindən barəsində Bakı şəhəri, Sarayevo 28, GPS: 40.3862205,49.9561698 ərazidə ona məxsus “Nissan Maxima” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozduğuna görə inzibati xətanı törətməkdə təqsirli bilinərək İnzibati Xəta haqqında EQ № 12529753 saylı qərar tərtib olunmuş, 20 (iyirmi) manat məbləğində cərimə tətbiq olunmuşdur. Onun sözügedən qərardan məlumatı olmamışdır, əks halda ödənilərdi. Bundan başqa, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında protokola əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 12529753 nömrəli Protokol üzrə xx.xx.2023-cü il tarixdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi qeyd olunmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Daha sonra Sabunçu RPİ ona məxsus “Nissan Maxima” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2131/2023 saylı qərarı ilə onun “Nissan Maxima” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Lakin onun bütün bu prosedurlardan məlumatı olmamışdır. Çünki əsassız olaraq bütün sənədlərdə onun rəsmi qeydiyyat ünvanı “ünvan 1 isə ona ünvanlanan bütün rəsmi məktub və bildirişlər həmin ünvana göndərilmiş, bu səbəbdən onun hər hansı bir prosedurdan məlumatı olmamışdır. Halbuki o, 2015-ci ildən etibarən Bakı səhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A ünvanına qeydiyyatdadır. Bu fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında 68400326 saylı Arayış ilə öz təsdiqini tapmışdır. Belə olan halda inzibati xəta üzrə icraata Xətai Rayon Məhkəməsində deyil də, Sabunçu Rayon Məhkəməsində baxılması ərazi aidiyyətinin pozulmasına, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. O, EQ № 12529753 saylı, xx.xx.2022-ci il tarixli qərardan məlumatlı olan kimi dərhal cərimə məbləğini tam şəkildə ödəmiş, 20 (iyirmi) manat cərimə, 12 (on iki) manat dəppə pulu olmaqla, cəmi 32 (otuz iki) manat məbləğində pul vəsaiti tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı- X13 vasitəsilə Daxili İşlər Nazirliyi BDYPİ-nin xəzinə hesabına mədaxil edilmişdir. Bununla da, öz öhdəliyini lazimi qaydada icra etmiş, bundan sonra məhkəmə inzibati xəta üzrə icraata xitam vermişdir. Beləliklə, hər hansı bir cərimə borcu olmadığı qənaətinə gəlmiş, ona məxsus avtomobili idarə etməyə davam etmişdir. xx.xx.2023-cü il tarixində DİN, BDYPİ Polis Polkovnik X4 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə və həmin məcəllənin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati xətaları törətməkdə təqsirli bilinərək İnzibati Xəta haqqında qərar tərtib olunmuş, 300 (üç yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi isə, guya ona məxsus “Nissan Maxima” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qaydalarını pozma, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi qeyd olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərar əsassız olaraq tərtib olunmuşdur. Onun heç bir zaman özünə məxsus sözü gedən nəqliyyat vasitəsi üzərində idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. Daha sonra müvafiq orqanlara etdiyi müraciətlər əsasında ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin saxlanılması” barədə qərardan çıxarışa əsasən tətbiq olunmuş cəriməni 2 ay müddətində ödənilməməsi təqdirində nəqliyyat vasitəsinin saxlanılıb BDYPİ-nin mühafizə olunan duracağına yerləşdiriləcəyi bildirilmişdir. Digər məqam ondan ibarətdir ki, o, Xətai rayonu ünvanında pasport qeydiyyatında olsa da, həmin ünvanda yaşasa da, (2015-ci ildən), sözügedən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2131/2023 saylı qərarı onun hüququ pozulmaqla həyata keçirilmiş, 2015-ci ildən öncəki pasport qeydiyyat ünvanı üzrə baxılmışdır. Belə ki, bir vətəndaş olaraq məhkəmədə iştirak hüququ, dinlənilmə hüququ, məhkəmə aidiyyatı hüququ kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmə aidiyyat qaydasına əməl edilməklə baxılmış olsaydı, məhkəmə bildirişləri və digər hüquqi sənədlər onun 2015-ci ildən bəri yaşadığı ünvana göndərilər və beləliklə məhkəmə icraatı barədə məlumatlı olardı. Necə ki, məlumatlı olduqdan sonra öhdəliklərini yerinə yetirmişdir, həmin zaman da heç öhdəliklərini yerinə yetirərək işin bu həddə çatmasının qarşısını ala bilərdi. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra və hətta xitam verildikdən sonra belə barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, onun qanunvericilikdə təsbit edilmiş hüquqlarına ciddi xələl vurulmuşdur. Eyni zamanda onun sözügedən cərimə borcunu ödəməyinə, inzibati xətalara dair icraatın xitam verilməsinə baxmayaraq ona məxsus nəqliyyat vasitəsi üzərində idarəetmə hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməməsi səbəbindən davamlı olaraq bununla bağlı barəsində inzibati tənbeh vermə haqqında qərarın çıxarılması sadəcə absurd yanaşma olmaqla, hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətçinin izahatını və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-cı və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına xitam verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X6 Bakı səhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından məlumatı olmamışdır. Belə ki, bütün bildirişlər və qərar Bakı şəhəri, ünvan 5 ünvanı isə Bakı səhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A-dır. Bu səbəbdən onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmamış, buna görə də nəqliyyat vasitəsi idarə etməyə davam etmişdir. X3 heç bir sübuta istinad edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tənbeh edilmişdir. X5 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi qərarda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallar müəyyən edildikdə qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16306075 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5178/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5178/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver