Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5198/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, K.Rəhimov küçəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. Hadisə yerində polis əməkdaşlarına bildirmişdir ki, Vətən müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq üçüncü qrup əlildir. Baş beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin tramvasının qalıq əlamətlərinin, baş-beyinin sol alın payının əzilməsi, nadir baş verən epileptik tutulmalarla (ayda 2-4 dəfə), postravmatik ensefalopatiya, kəskin nəzərə çarpan asteno-nevrotik sindrom diaqnozu qoyulmuşdur. Ona verilən diaqnozla əlaqədar qanuni olaraq metadon suyundan istifadə edir. Polis əməkdaşları onu yoxlayarkən də qeyd edilən xüsusatları bildirmiş olsa da, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində qanunsuz olaraq inzibati tənbeh növündə cərimə edilməsi barədə əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şikayətçi şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı qərardan görünür ki, X1 nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi əsas gətirilməklə İXM-nin 333-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 600 manat məbləğində cərimə edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********** nömrəli Əlillik haqqında arayışdan görünür ki, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq üçüncü qrup əlildir. Ona baş beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin tramvasının qalıq əlamətlərinin, baş-beyinin sol alın payının əzilməsi, nadir baş verən epileptik tutulmalarla (ayda 2-4 dəfə), postravmatik ensefalopatiya, kəskin nəzərə çarpan asteno-nevrotik sindrom diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli həkim reseptlərindən görünür ki, ona qoyulmuş diaqnozla əlaqədar olaraq X1 istifadəsi üçün müxtəlif dərman vasitələri yazılmışdır. xx.xx.2020-ci il tarixli travma haqqında arayışdan görünür ki, Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “Baş travması” diaqnozlu xəsarət almışdır. AR Medalının İ-44762 və İ-16775 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, X2 “Vətən Müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunması görə” medalları verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı qanuni olmamışdır. Belə ki, şikayətçi şəxsin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Vətən müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq üçüncü qrup əlildir. Baş beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin tramvasının qalıq əlamətlərinin, baş-beyinin sol alın payının əzilməsi, nadir baş verən epileptik tutulmalarla (ayda 2-4 dəfə), postravmatik ensefalopatiya, kəskin nəzərə çarpan asteno-nevrotik sindrom diaqnozu qoyulmuşdur. Ona verilən diaqnozla əlaqədar qanuni olaraq metadon suyundan və həkim resepti ilə yazılmış psixotrop dərman vasitələrindən istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı qərarı əsassızdır və ləğv olunmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, 28 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunmasına dair Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 28 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5198/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5198/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver