Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5199/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3-cü maddələri ilə 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı səhəri, Xətai rayonu, Naximov qəsəbəsi ərazisində Xəzər dənizində qanunsuz balıq ovundan qayıdarkən saxlanılmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xəzər dənizinin sahil sularında Şəxs balıq ovlama bileti olmadan və qanunla istifadəsi qadağan olunmuş sintetik tordan istifadə etməklə qanunsuz olaraq balıqçılıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin şəxsdən 01 ədəd tor və 54 ədəd külmə balığı götürülmüşdür. Beləliklə o, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xəzər dənizinin Xətai rayonu ərazisində balıq ovu edib qayıdarkən əməkdaşlar tərəfindən saxlanılmışdır. Ondan ovlamış olduğu 54 ədəd külmə (bobla) balığı götürülmüşdür. Tor aləti isə ip tor olduğundan dənizdə qalmışdır. Ova dair heç bir icazə sənədi və balıq ovlama bileti yoxdur. Odur ki, göstərilənlərə əsasən o, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi müfəttiş X5 tərəfindən tərtib olunmuş 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı səhəri, Xətai rayonu, Naximov qəsəbəsi ərazisində Xəzər dənizində qanunsuz balıq ovundan qayıdarkən saxlanılmış, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 86773 nömrəli aktda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində Xəzər dənizi sahil zolağında qanunsuz balıq ovuna qarşı reyd keçirilmişdir. Reyd zamanı Xətai rayonu, Naximov qəsəbəsi istiqamətində Xəzər dənizinin sahil sularında 1 nəfər şəxsin ABA 1621 bort nömrəli motorlu qayıqla sahilə qaxınlaşdığı müşahidə edilmişdir. Qayığa yaxınlaşaraq müəyyən olunmuşdur ki, balıq ovlama bileti olmadan və qanunla istifadəsi qadağan olunmuş sintetik tordan istifadə etdiyi müəyyən edilərək həmin şəxsdən qanunla istifadəsi qadağan olunmuş 01 ədəd tor və 54 ədəd külmə balığı götürülmüşdür. Saxlanılan şəxs Neftçala rayonu, Yenikənd qəsəbə sakini Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, vətəndaş Şəxs tərəfindən “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunu və Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 saylı qərarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi müfəttiş X5 tərəfindən tərtib olunmuş 23 sentyabr 2024-cü il tarixli hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-cı yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin 10-cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) balıq növləri üçün müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. X1 tərəfindən balıq və digər su bioresurslarına vurulmuş ziyana görə iddia məbləği aşağıdakı kimi hesablanmışdır. 1 ədəd külmə balığının qanunsuz ovlanması ilə vurulan ziyan: 1 ədəd külmə balığına görə: 11 manat x 1 ədəd = 11 manat; 54 ədəd külmə balığına görə: 11 manat x 54 ədəd = 594 manat. Balıq ehtiyatlarına vurulan ziyan 594 (beş yüz doxsan dörd) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin çıxışını və Şəxs izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Bakı səhəri, Xətai rayonu, Naximov qəsəbəsi ərazisində Xəzər dənizində qanunsuz balıq ovundan qayıdarkən saxlanılmışdır. Belə ki, həmin tarixdə Şəxs balıq ovlama bileti olmadan və qanunla istifadəsi qadağan olunmuş sintetik tordan istifadə etməklə qanunsuz olaraq balıqçılıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş 54 ədəd külmə balığı müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 54 ədəd külmə balığı müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5199/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5199/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver