Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5206/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 15 may 2025-ci il tarixli, 00100-01251/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/033702 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına gələn yük **********5238 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində 22-ci qrafa 2033.60 qeyd olunsa da, **********5684 saylı qısa idxal bəyannaməsində 22-ci qrafa 7468.40 qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsinin 3-cü bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Hikmət Həsənovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, "xxxx" MMC ünvanına gələn yük **********5238 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində 22-ci qrafa 2033,60 qeyd olunsa da, **********5684 saylı qısa idxal bəyannaməsində 22-ci qrafa 7468,40 qeyd olunmuşdur; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X1 tərəfindən tərtib edilmiş İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, 00100-01251/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC ünvanına gələn yük **********5238 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində 22-ci qrafa 2033,60 qeyd olunsa da, **********5684 saylı qısa idxal bəyannaməsində 22-ci qrafa 7468,40 qeyd olunmuşdur; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X5 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində verdiyi izahatında bildirmişdir ki, o, "X9" MMC-nin direktoru vəzifəsində çalışır Həmçinin gömrük rəsmiləşdirməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərir. "Xan-Metal MMC ilə "xxxx" MMC arasında bağlanmış BCW-XM/22 nömrəli xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi əsasında "xxxx" MMC-nin ünvanına daxil olan yüklərə dair qısa idxal və gömrük bəyannaməsini "X9" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki ki, "xxxx" MMC tərəfindən X2 idxal edilən mallar "İpək Yolu" gömrük postunda **********5238 sorğu nömrəli 25. 11.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin bəyannamə X4 tərəfindən tərtib edilmişdir. **********5684 sorğu nömrəli qısa idxal bəyannaməsi 13.11 2024-cü il tarixdə saat 15:08-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərmişdir. **********5684 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qsa idxal bəyannaməsi "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli HMVLLC-İNV0285/2024 nömrəli invoys və cmr əsasında tərtib edilmişdir xx.xx.2024-cü il tarixli HMVLLC-İNV0285/2024 nömrəli invoys sənədində idxal edilən malların ümumi invoys dəyəri həm abş dolları ilə yəni 2033.60 ABŞ dolları, həm də dirhəm ilə yəni 7468.40 dirhəm kimi qeyd edilmişdir. Qısa idxal bəyannaməsini tərtib edən zaman diqqətsizlik göstərərək səhvliklə 22-ci qrafada 7468.40 ABŞ dolları qeyd etmişdir. **********5238 sorğu nömrəli xx.xx.2024-cü il tarixlı gömrük bəyannaməsində isə təqdim edilən xx.xx.2024-cü il tarixli HMVLLC-İNV0285/2024 nömrəli invoys sənədinə uyğun olaraq 22-ci qrafada 2033.60 ABŞ dolları qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli HMVLLC-İNV0285/2024 nömrəli invoysa əsasən Şəxs tərəfindən **********5238 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyərində uyğunsuzluq olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5206/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5206/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver