Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-521/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 24 yanvar 2023-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022ci il tarixli, 6-1.26-2-2022-18592 saylı məktubu ilə tələb edilən sənədləri (ASC-nin nizamnaməsi, səhmdarların reyestri, 2018-ci ildən 2022-ci ilədək keçirilən səhmdarların ümumi yiğıncaqlarının protokolları) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın 06 dekabr 2022ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş Nəsib Məmmədovun müraciəti daxil olmuş və vətəndaş öz müraciətində Şəxs Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin, səhmdarlarının reyestrinin və 2018-ci ildən 2022-ci ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarını əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9cu maddəsinə müvafiq olaraq yuxarıda göstərilən sənədləri səhmdar N.Məmmədova təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt qəbzindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankın məktubu Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 dekabr 2022-ci il tarixdə qəbu edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın 22 dekabr 2022ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) 6- 1.26-2-2022-17626 saylı 06 dekabr 2022-ci il tarixli sorğusu ilə xahiş edilən sənədlər Şəxs ASC tərəfindən təqdim edilməmişdir. Sənədləri 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb edilmişdir. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın 09 yanvar 2023cü il tarixli məktubundan görünür ki, vətəndaş Nəsib Məmmədov Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət edərək Şəxs Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı sənədlərin əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin həmin sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələlərin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən Şəxs ASC-yə ünvanlanmış 06 dekabr 2022-ci il tarixli 6-1.26.2-2022-17626 saylı göstəriş məktubu ilə qanunvericiliklə nəzərdə tutulmuş sənədləri N.Məmmədova təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş edilmişdir. Lakin göstərişdə verilməsi tələb edilən məlumatlar Şəxs ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Sənədlərin surətlərinin N.Məmmədova təqdim edilməsi və bu barədə Mərkəzi Banka məlumat verilməsi, əks halda Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə 22 dekabr 2022-ci il tarixli 6-1.26-2-2022- 18592 saylı məcburi göstəriş məktubu ünvanlanmışdır. Buna baxmayaraq göstəriş məktubunda verilməsi tələb edilən məlumatlar cəmiyyət tərəfindən Mərkəzi Banka təqdim edilməmişdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 548.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4-cü maddəsinə əsasən, Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Açıq Səhdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-18592 saylı məktubu ilə tələb edilən sənədləri (ASC-nin nizamnaməsi, səhmdarların reyestri, 2018-ci ildən 2022-ci ilədək keçirilən səhmdarların ümumi yiğıncaqlarının protokolları) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Açıq Səhdar Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli, 1500 (min beş yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-521/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-521/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver