Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5211/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 22 noyabr 2023-cü il tarixdə Şəxs Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində “Khazar” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində dövlət qeydiyyat nişanı olmadan, sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən yol nəqliyyat hadisəsi törədərək yolun kənarında dayanmış X2 məxsus “BMW” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşaraq avtomobili yarasız vəziyyətə gətirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. İş materiallarında olan Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Teymur Ağamirov tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.4 və 342.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin DYPŞ vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində “Khazar” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili, üzərində dövlət qeydiyyat nişanı olmadan, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə idarə edərkən yol nəqliyyat hadisəsi törədərək yolun kənarəında dayanmış X2 məxsus “BMW” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşaraq avtomobili yarasız vəziyyətə gətirmiş və bununlada barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2/20644 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 1,228 % promil həddində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 25 noyabr 2023-cü il tarixli 1333 №-li ekspert rəyindən görünür ki, Şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol diz oynağı nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni sürücü qismində idarə etdiyi minik avtomobillə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Şəxs bədənindəki xəsarətlər qısa müddət ərzindən yetirildiyinə görə xəsarətlərin ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir. Şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyildir. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, müharibə veteranı olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5211/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5211/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver