Məhkəmə qərarları › İş №3(011)-5232/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5232/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5232/2023 30.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1989-cu ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hacıyev X1 rayon Məhkəməsinin 2(034)-369/2021-009 saylı, xx.xx.2021-ci il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-376/2020-008 saylı, xx.xx.2020-ci il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-457/2021-006 saylı, xx.xx.2021-ci il tarixli və Zəngilan rayon Məhkəməsinin 2(034)- 279/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin tələbini yerinə yetirməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Hacıyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-369/2021-009 saylı, xx.xx.2021-ci il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-376/2020-008 saylı, xx.xx.2020-ci il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-457/2021-006 saylı, xx.xx.2021-ci il tarixli və Zəngilan rayon Məhkəməsinin 2(034)- 279/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədləri barədə məlumatlıdır, bu günədək təxminən 5000 manat məbləğində ödəniş etmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı mənzili əmlak ilə birlikdə satdığından əmlakı geri qaytarmaq mümkün olmamışdır. Lakin icra sənədləri üzrə az-az ödəniş etmək niyyətindədir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-279/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Cavabdeh Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı mənzildə olan mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı -qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; soba-peç Türkiyə istehsalı, “Beko" firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -700 manat; lüstur 3 ədəd, qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, ümumi dəyəri 700 manat olan qaz sobası və aspirator olmaqla, ümumilikdə dəyəri 24270 manat olan əmlakların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyəri və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 2 il müddət keçməsinə baxmayaraq icra sənədi üzrə əmlak təhvil verilməmiş və ya onların dəyəri ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin 2(034)-369/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 12529,88 manat əsas, 1500,23 faiz borcu olmaqla, cəmi 14030,11 manat məbləğində borc və 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, 2(034)-369/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1849 manat əsas, 100 manat dəbbə pulu olmaqla cəmi 1949 manat və 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, 2(034)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-457/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3711,34 manat və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, 22(034)-457/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-279/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı mənzildə olan mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı -qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; soba-peç Türkiyə istehsalı, “Beko" firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -700 manat; lüstur 3 ədəd, qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, ümumi dəyəri 700 manat olan qaz sobası və aspirator olmaqla, ümumilikdə dəyəri 24270 manat olan əmlakların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyəri və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Zəngilan rayon Məhkəməsinin 2(034)-369/2021-009 saylı, xx.xx.2021-ci il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-376/2020-008 saylı, xx.xx.2020-ci il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-457/2021-006 saylı, xx.xx.2021-ci il tarixli və Zəngilan rayon Məhkəməsinin 2(034)- 279/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Hacıyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını, səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Hacıyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar