Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5237/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X2 iclas katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, X1 Bakı Şəhər X18 İdarəsinin 29 aprel 2024-cü il tarixli, EQ 20859944 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər X18 İdarəsi tərəfindən barəsində çıxarılmış 29 aprel 2024-cü il tarixli, EQ 20859944 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 xx.xx.1999-cu il təvəllüdlüdür. X5 Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan X17 tərəfindən 28 May Cumhuriyyət günü atasına təqdim olunan **-SS-*** markalı Khazar tipli avtomobil atası tərəfindən deyil, onun tərəfindən idarə olunub. O, atası ilə fəxr edir, çünki atası 1991-ci ildə döyüşən ordunun tərkibində Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi şücaətlər göstərmişdir. 1994-cü il May ayının 12-nə qədər Qarabağ bölgələrində 4-dəfə ağır güllə və mərmi qəlpələrindən yaralanmışdır. Vətənimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılmış ağır döyüşlərdə fədakarcasına iştirak etmişdir. Yuxarıda qeyd etdiyi Azərbaycan Respublikası Prezident tərəfindən atasına təqdim edilən **-SS-*** Xəzər markalı xidməti avtomobilini sağlamlığını itirdiyinə görə Azərbaycan Respublikasının Şəhid Ailələri Əlilləri və X4 İctimai Birliyinə hədiyyə vermişdir. Həmin avtomobili X5 Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və X4 İctimai Birliyin Sədri kimi idarə edir. Avtomobil Təşkilata xidmət göstərir. X9 ehtiyacı olan insanların tədbirlərə və xəstəxanalara aparılmasına həmin avtomobillə dəstək olur. Qeyd edir ki, Prezident tərəfindən babasına verilmiş **-SS-*** xəzər markalı xidməti avtomobil Dövlətə Dövlətçiliyə suverenliyi, müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir, eyni zamanda Dövlət tədbirlərində, dövlət məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi **- SS-*** xəzər markalı xidməti avtomobili yan yana dayansa da hətta güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əlillər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün) yazılan cərimələr qanun pozuntusu hesab edilir. Hesab edir ki, bu cərimələr uzun illərdir yığılıb qalmış qanunsuz və ədalətsiz qərarlardır və şəxsi daşınan əmlaklarının üzərinə qoyulan qanunsuz cərimələr ədalətsiz və qanunsuz olduğu üçün silinməlidir. Odur ki, Bakı Şəhər X18 İdarəsinin inzibati tənbeh vermə haqqında 29 aprel 2024-cü il tarixli, EQ 20859944 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi X12 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək bildirmişdir ki, avtomobili o özü idarə etmişdir qərar isə atası barədə tərtib olunmuşdur. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X18 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 aprel 2024-cü il tarixli, EQ 20859944 saylı qərardan görünür ki, X6 29 aprel 2024-cü il tarixdə, saat 22:45-də Suraxanı rayonu, Zığ-Hövsan yolu, Hövsan Aerasiya stansiyasının yaxınlığı Hövsan istiqamətində “khazar” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla idarə etməsi nəticəsində 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 10 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Y.Məmmədovun yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X18 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 aprel 2024-cü il tarixli, EQ 20859944 saylı qərardan görünür ki, X6 29 aprel 2024-cü il tarixdə, saat 22:45-də Suraxanı rayonu, Zığ-Hövsan yolu, Hövsan Aerasiya stansiyasının yaxınlığı Hövsan istiqamətində “khazar” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla idarə etməsi nəticəsində 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 10 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X6 nümayəndəsi X12 izahatında bildirmişdir ki, X6 barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli qərarda göstərilən inzibati xətanın X11 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X6 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X6 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Bakı şəhər X18 İdarəsinin EQ 20859944 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDI: X6 şikayəti qismən təmin edilsin. Bakı şəhər X18 İdarəsinin EQ 20859944 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5237/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5237/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver