Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5250/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə3 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən Rusiya Federasiyasının vətəndaşı, xx.xx.2003-cü il təvəllüdlü Arzu Asadova iş icazəsi olmadan MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək administrator vəzifəsinə işə cəlb olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xətanın tərəflərindən törədilməməsi Dövlət Miqrasiya Xidmətinə hüquqşünasları Nümayəndə2 tərəfindən bildirilmiş və zəruri sənədləri təqdim etmişdir. Lakin buna baxmayaraq ilk olaraq vəzifəli şəxsə cərimə yazılacağı bildirilsə də, cəriməni həmin anda ödəməyəcəkləri təqdirdə hüquqi şəxsə yönəldiləcəyi icraatı aparan vəzifəli şəxs tərəfindən bildirilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla razı deyillər. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş normalar DƏMX tərəfindən pozulduğu və həmin normalara əməl edilmədiyini bir daha sübut edir. Barəsində inzibati icraatın başlanması haqqında vəzifəli şəxsin qərardadı yoxdur və bu böyük qanun pozuntusudur. Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş protokolun yazılmasına səbəb olacaq sübut, yəni hansısa Dövlət orqanından əldə edilmiş rəsmi məlumat və ya monitorinq sənədləri mövcud deyil və işə əlavə olunmamışdır. Həmin iş üzrə Dövlət Miqrasiya Xidmətinə izahat verərək bildirmişlər ki, Şəxs MMC ilə "xxxx" MMC arasında olan xidməti müqaviləyə əsasən şirkətə aid olan bütün maliyyə və digər xidmətləri "xxxx" MMC aparmalıdır və gələcəkdə yaranabiləcək bütün mübahisəli məsələlərə cavabdeh "xxxx" MMC-dir. Şəxs MMC olaraq fəaliyyətlərinin bir sahəsini autsorsing etmişlər və bu təcrübə geniş yayılmaqla bərabər Mülki Məcəllə ilə də tənzimlənir. Hesab edirlər ki, əməllərində inzibati xəta halı və ya tərkibi yoxdur və İXM-nin 53.2-ci bəndinin dispozisiyasına düşür. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların mövcud olmaması bir daha Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş protokolun əsassız olduğunu sübut edir. Həmin məcəllənin 100.1.1. bəndində protokolun tərtib edildiyi tarix və yer göstərilməli olduğuna baxmayaraq Dövlət Miqrasiya Xidməti tərəfindən protokol inzibati xətanın törədildiyi ehtimal olunan iş yerində tərtib edilməmişdir. Hesab edir ki, barəsində aparılan araşdırma birtərəfli aparılıb və qanunsuz olaraq protokol tərtib olunmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən real vaxt rejimində inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığı üçün ehtimal olunan xətaya görə protokol iş yerində tərtib edilməli idi. Belə olan halda aparılan inzibati icraat da qanunaziddir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər hüquqazidd əməl yoxdursa və ya hüquqazidd əməlin törədilməsinə Şəxs MMC-nin aidiyyatı yoxdursa o zaman hansısa xətadan və inzibati tənbehdən söhbət gedə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri də Dövlət Miqrasiya Xidməti tərəfindən kobud şəkildə pozulmuşdur. Beləliklə o, göstərilənlərə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və yenidən araşdırılması üçün geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə3 inzibati xəta haqqında protokola etiraz edərək xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və yenidən araşdırılması üçün geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Rusiya Federasiyasının vətəndaşı Arzu Asadova iş icazəsi olmadan MMCdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək administrator vəzifəsinə işə cəlb olunmuşdur və bununlada hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinin tələbləri pozulduğundan barələrində 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin o, hüquqi şəxsin nümayəndəsinin Dövlət Miqrasiya Xidmətinə gəldiyini, lakin izahat verməkdən imtina etdiyini qeyd etmişdir. İşə cəlb edilmiş Arzu Asadova isə izahatında xx.xx.2024-cü il tarixdən administrator vəzifəsində çalışdığını təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru X1 tərəfindən tərtib edilmiş İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Rusiya Federasiyasının vətəndaşı, xx.xx.2003-cü il təvəllüdlü Arzu Asadova iş icazəsi olmadan MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək administrator vəzifəsinə işə cəlb olunduğundan, hüquqi şəxs Şəxs barəsində İXM-nin 578.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Rusiya Federasiyasının vətəndaşı Arzu Asadovanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyi ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almışdır. Yaşlı nənəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də işləməyə başlamış və bununla bağlı iş iczəsinin alınıb-alınmamasından xəbərsiz olmuşdur və hesab edir ki, bu işlərlə şirkət özü məşğul olur. İş qrafiki sərbəst olmuş və 350 manat maaş almışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X2 tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Arzu Asadova iş icazəsi tələb olunduğu halda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İXM-ni 575.1.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 578.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən Rusiya Federasiyasının vətəndaşı, xx.xx.2003-cü il təvəllüdlü Arzu Asadova iş icazəsi olmadan MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək administrator vəzifəsinə işə cəlb edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq qeyd edir ki, Şəxs direktoru Nümayəndə3 və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş izahatlar özünü müdafiə xarakteri daşıyır və hüquqi şəxsi inzibat məsuliyyətdən yayındırmaq üçün verilmişdir. Belə ki, onlar iş üzrə icraata xitam verilməsi üçün əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarında olan və protokolda qeyd edilən halları istisna edə biləcək yeni hallar barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15000 (on beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5250/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5250/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver