Məhkəmə qərarları › İş №3(011)-5253/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5253/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5253/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi, Şikayət verən şəxs – X1 iştirakı ilə, Bakı şəhər X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 17 sentyabr 2024-cü il tarixdə ***-***-**-** nömrəsindən ona zəng olunaraq Bakı şəhər BPİ DYPİ-nin əməkdaşı olduğunu və 29 avqust 2024-cü il tarixdə inzibati xəta törətdiyini bildirdikdən sonra onun idarəyə yaxınlaşmağını bildirdikdə ona əgər inzibati xəta törədibsə cərimənin yazılmasını və elektron kabinetə inzibati xətanın törədilməsi ilə bağlı foto və videonun əlavə edilməsini bildirmişdir. Bundan 2 gün sonra ona xx.xx.2024-cü il tarixdə Asan ödəniş elektron kabinetinə 29 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqınıla iş üzrə protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək 150 manat məbləğində cərimə tətbiq edilib. Həmin qərardan yazılı onlayn qaydada şikayət ərizəsi ilə müraciət edərək qərarın ləğv edilməsini xahiş etsə də ona bir cavab verilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qərarla razı deyil, hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 08:11-də Bakı şəhəri, Xətai rayonunun Fəzail Bayramov küçəsi-M.Mehdizadə küçəsində idarə etdiyi “Mercedes 180” minik markalı, **- RL-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə X2 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tələbinin pozulması faktı əsasında hadisədən 21 gün sonra xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə isə müvafiq qərar qəbul edilmişdir. Yəni inzibati xətanın törədildiyi gündən bir ay sonra qanunsuz olaraq barəsində inzibati xəta haqqında müvafiq protokol və qərar tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, onun tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə əhatə olunan əməl xx.xx.2024-cü il tarixdə saat 08:11-də foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, lakin elektron kabinetinə yerləşdirilməmişdir. Göründüyü kimi, qərar qəbul etmiş səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında elektron qərarı və onun əlavəsini (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində onun internet informasiya resursunda yaradılan elektron kabinetində yerləşdirməli olduğu halda, 01 ay 01 gün sonra qərar qəbul edilərək həmin kabinetə yerləşdirilmişdir. Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, 4 zolaqlı yolda tıxac olduğu üçün 2 yol bağlı idi, yalnız 2 yol açıq idi. Elə düşünmüşdür ki, polis yolu nizamlayıb əks zolağa keçmək üçün icazə verib. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X5 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X5 İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X5 İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X5 İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar