Məhkəmə qərarları › İş №3(011)-5309/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5309/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5309/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 09 iyul 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, AZ1018, BAKİ ŞƏHƏRİ, XƏTAİ RAYONU, Gəncə pr., ev 36-da olan "xxxx" MMC tərəfindən 31856,61 Avro məbləğində vəsait bank vasitəsilə 05 iyun 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 31856,61 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 06 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, № OX3 ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 05 iyun 2023-cü il tarixində 31856,61 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 29 iyul 2025-ci il tarixli, № 19810 məktubdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edilən təsdiqedici sənədlər əsasında xx.xx.2023-cü il tarixində şirkətin Kapital Bank ASC də olan AZ05AİİB******************** saylı hesablaşma hesabından "B and V SRL" şirkətinin xeyrinə 31856.61 EUR (otuz bir min səkkiz yüz əlli altı avro, 61 avro sent) avans vəsait köçürülmüşdür. Müraciətə əsasən xx.xx.2023-cü il tarixində köçürməyə geri qaytarılma sorğusu və xx.xx.2023-cü il tarixində benefisiar müştərinin adı və hesabı arasında uyğunsuzluğu barədə müxbir banka (benefisiar bank - Commerz Bank) sorğu yazılmışdır. Sorğuya daxil olan cavabda vəsaitin avtomatik olaraq benefisiar müştərinin hesabına otuzdurulduğu, benefisiar hesabın başqa şəxsə aid olduğu və benefisiar müştərinin həmin vəsaiti geri qaytarmaqdan imtina etdiyi cavabı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş **********5240 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, İtaliyadan 70020,00 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, "xxxx" MMC şirkəti olaraq xx.xx.2023 tarixdə 21006 USD, xx.xx.2023 tarixində 20000 USD məbləğində Avans (PREPAYMENT) ödənişi “B AND V SRL" LLC şirkətinə edilmişdir. Bu köçürmələr üzrə xx.xx.2023 tarixli **********5240 nömrəli GB üzrə mallar ölə ərazisinə daxil olmuşdur. Həmin mallar üzrə cəmi dəyər 70020 USD dəyərindədir və tərəflərindən 41006 USD dəyəri ödənilmişdir, qalıq 29014 USD dəyərindədir. Biz xx.xx.2023 tarixində 31856,61 EUR dəyərində avans ödənişimiz olmuşdur və ödənişlə bağlı mallar ölkə ərazisinə daxil olmamış və Avans ödənişi açıqda qalmışdır. Bu ödənişi **********5240 nömrəli GB üzrə bağlamaq istəyirlər. Bununla bağlı prosudur necə olacaq məlumat vermələri və Mərkəzi Bank qarşısında vəsatət qaldırmaları xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 21006 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş gömrük bəyənnaməsindən görünür ki, “B AND V SRL" LLC şirkətindən "xxxx" MMC şirkətinə ümumi dəyəri 70020,0 dollar olan, çəkisi 25 kq olmaqla 240 ədəd karton qutu “Agar-agar povvder” məhsulu Məzimqara gömrük postundan keçməklə ölkəyə gətirilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin yanlış hesaba ödənilməsi və geri qaytarılması ilə bağlı banka müraciət edilməsi ilə yanaşı ümumilikdə açıqda qalan qalıq dəyərin 10.000 (on min) ABŞ dollarından az olması da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar