Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5320/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyası, Kirov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala rayonu, Xol Qaraqaşlı Ərazi Dairəsi, Xol Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhər BPİ X6 İdarəsindən daxil olmuş 10 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Azsamand minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, “Azsamand minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospektində hərəkət edən zaman qarşısında olan “Hyundai minik” markalı, **-PY-*** nömrəli maşını arxadan vuraraq sahibinə maddi ziyan yetirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis baş leytenantı X2 ifadəsində göstərmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Azsamand minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq X4 məxsus avtonəqliyyat vasitəsinə arxadan vurmaqla ona maddi ziyan yetirmişdir. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 10 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Azsamand minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurduğundan və yol hərəkəti qaydalarını pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs və X3 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində baş vermiş, “Azsamand minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün “Hyundai minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuşdur; sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/53033 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir; zərərçəkmiş şəxs X3 Bakı Şəhər BPİ-nin DYPİ-də verdiyi izahatından aydın olur ki, “Hyundai minik” markalı, **-PY-*** nömrəli avtomobillə Babək prospektində hərəkətdə olarkən dairəyə yol vermək üçün dayanmışdır. “Azsamand minik” markalı, **-RK-*** nömrəli avtomobil ona arxadan vurmuşdur, maddi ziyan yetirmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid edilmədiyindən həmin hissədə inzibati xəta haqqında protokol baxılması üçün protokolu tərtib etmiş inzibati orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi hissəsində inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5320/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5320/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver