Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5324/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxslər X7 və X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavədə göstərilmişdir ki, Şəxs hər ay 2 uşağın saxlanılması üçün 274 manat pul tutularaq X7 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2789/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 20341.74 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Unibank" X19 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir və bu günədək ödəniş edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-550/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 14000 manat məbləğində pul vəsaiti və 24 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir və hazıradək 7000 manat ödəniş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Lakin borclu icra sənədləri üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Hal-hazırda onun ödənilməmiş borcu 10606 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, əvvəllərdə onun barəsində borcunu ödəməkdən yayındığı üçün inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. İcra sənədləri üzrə olan borc məbləği uzun müddət ərzində icra edilmədiyindən Şəxs halhazırda ödəməli olduğu məbləği 10606 manat təşkil edir. Şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin 3(011)-4677/2023 saylı qərarı ilə 21 noyabr 2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat cərimə edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində qəbul edilmiş icra sənədlərindən xəbəri olmuşdur. İcra sənədləri üzrə olan borcu ödəməkdən imtina etmir, lakin maddi imkanı zəif olduğundan, heç bir yerdə işləmədiyindən və himayəsində 2 azyaşlı övladı olduğundan icra sənədləri üzrə yaranmış borcu tam olaraq ödəyə bilməmişdir və tərəfindən borcun hissə-hissə ödənilməsi təmin ediləcəkdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-444/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 274 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan tələb icra edilmir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan tələb icra edilmir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-550/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin X2 xeyrinə tutulması, iddia tələbi cavabdehdən vaxtında ödənilməyən pul məbləğinin indeksasiyası, yəni 3265 manatın tutulması hissəsində təmin edilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı X5 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 81 %, yəni 24 (iyirmi dörd) manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 19 %, yəni 6 (altı) manatın iddiaçıya aid edilməsi qət edilmişdir; icraata başlamaq haqqında 20 aprel 2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-550/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclu Şəxs göndərilmişdir; Abşeron Rayon Məhkəməsinin 2(012)-444/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X3 və 30 aprel 2011-ci il təvəllüdlü anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X9 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması qət edilmişdir; icraata başlamaq haqqında 04 aprel 2017-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-444/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: Sazişin şərtləri: 1. Tərəflər razılaşırlar ki, birinci tərəfin (X12) ikinci tərəfə (Şəxs) qarşı Binəqədi Rayon Məhkəməsində baxılan “2014-cü ildə Şəxs borc olaraq verdiyi 30000 manat pulun tutulub ona ödənilməsi, pulu vaxtında qaytarmamaqla özündə saxlandığına görə 2015-ci ilin aprel ayından qətnamə çıxan tarixədək mərkəzi bankın faiz dərəcəsinə uyğun olaraq hesablanıb 0,02% hesablanmaqla 165 gün üçün ümumilikdə 990 manat cərimə məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, 100 000 manat məbləğində mənəvi zərər məbləğinin və cavabdehə icarəyə verdiyi, eləcə də mülkiyyətində olan ** ZB *** dövlət qeydiyyat nişanlı, özüboşaldan, 2004-cü il buraxılışlı, qırmızı gümüşü rəngli, yüksüz kütləsi 6500 kq olan, KEL BERG yarımqoşqunun alınıb ona verilməsi” barədə və ikinci tərəfin (Şəxs) birinci tərəfə (X14) "xxxx" MMC-yə və Bakı şəhəri 48 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC-nin qanuni təmsilçisinin etibarnaməsi əsasında X18 ilə onun arasında 13 iyun 2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri 48 saylı notariat kontorunda rəsmiləşdirilməklə reyestrdə 3M/37 nömrə ilə qeyd edilmiş borc müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X1 şeben və qumun hər kubu üçün 1 manat olmaqla ondan qanunsuz alınan ümumilikdə 34000 manat pulun, həmçinin "xxxx" MMC-dən 18000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 52030 manat pulun tutularaq ona verilməsi” barədə mübahisəni aşağıdakı şərtlərlə məhkəmədən kənar qaydada həll edirlər.
2. İkinci tərəf (Şəxs) bu sazişin 1-ci bəndinin icrasını təmin etmək üçün birinci tərəfə (X14) 30000 nanat pulu 01 iyul 2016-cı ilədək ödəməyi öhdəsinə götürür. Ödəniş Saziş bağlandığı tarixə uyğun olaraq manatın ABŞ dolları məzənnəsinə uyğun, yəni 1 ABŞ dolları 1,5675 manata uyğun ödəniləcəkdir. Nəzən alınsın ki, bugünki günə (ABŞ dollarının manata məzənnəsinə uyğun olaraq 30000 manat 19138 ABŞ dollarına bərabərdir). 3. İkinci tərəf (Şəxs) bu sazişin 2-ci bəndinin icrasını vaxtında icra etmədikdə birinci tərəfə (X14 ödənilməyən məbləğin hər gecikdirilmiş gün üçün 1 faizi həddində cərimə ödəməyi öhdəsinə götürür. 4. Birinci tərəf (X18) üzərinə öhdəlik götürür ki, bu saziş bağlandığı andan etibarən ikinci tərəfə (Şəxs) qarşı Binəqədi Rayon Məhkəməsində baxılan “2014-cü ildə Şəxs borc olaraq verdiyi 30000 manat pulun tutulub ona ödənilməsi, pulu vaxtında qaytarmamaqla özündə saxlandığına görə 2015-ci ilin aprel ayından qətnamə çıxan tarixədək mərkəzi bankın faiz dərəcəsinə uyğun olaçaq, hesablanıb 0,02 % hesablanmaqla 165 gün üçün ümumilikdə 990 manat cərimə məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, 100000 manat məbləğində mənəvi zərər məbləğinin və cavabdehə icarəyə verdiyi, eləcə də mülkiyyətində olan **-ZB-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan, 2004-cü il buraxılışlı, qırmızı gümüşü rəngli, yüksüz kütləsi 6500 kq olan, “KEL BERG yarımqoşqunun alınıb ona verilməsi” barədə iddiasından imtina barədə məhkəməyə yazılı ərizə ilə müraciət edir. İkinci tərəf (Şəxs) üzərinə öhdəlik götürür ki, bu saziş bağlandığı andan etibarən birinci tərəfə (X14), "xxxx" MMC-yə və Bakı şəhəri 48 saylı X6rşı Binəqədi Rayon Məhkəməsində baxılan "xxxx" MMC-nin qanuni təmsilçisinin etibarnamə əsasında X18 ilə onun arasında 13 iyun 2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri 48 saylı notariat kontorunda rəsmiləşdirilməklə reyestrdə 3M/37 nömrə ilə qeyd edilmiş borc müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X1 şeben və qumun hər kubu üçün 1 manat olmaqla ondan qanunsuz alınan ümumilikdə 34000 manat pulun, həmçinin "xxxx" MMC-dən 18000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 52030 manat pulun tutularaq ona verilməsi” barədə iddiasından imtina barədə məhkəməyə yazılı ərizə ilə müraciət edir. 6. Tərəflər bəyan edirlər ki, bu saziş qüvvədə olduğu müddətdə (tərəflər öhdəliklərini yerinə yetirmədikləri hallar istisna olmaqla) birbirilərinə qarşı hazırkı sazişin bağlanmasına əsas olan iddia tələbi ilə əlaqədar hər hansı qaydada mübahisə edilməyəcəkdir. 7. Bu saziş üzrə nəzərdə tutulmuş öhdəliklərdən imtina edilməsi tərəflərin hazırkı mübahisə ilə bağlı bir-birinə qarşı mülki qaydada yenidən mübahisənin qaldırılması üçün əsasdır. 8. Bu saziş ikinci tərəfin (Şəxs) birinci tərəf (X12) qarşısında sazişin 2-ci bəndində üzərinə götürdüyü öhdəlik tam icra olunanadək qüvvədədir. 9. Bu saziş eyni hüquqi qüvvəyə malik, Azərbaycan dilində, 3 (üç) nüsxədə hazırlanmış və imzalanmışdır. Sazişin bir nüsxəsi məhkəmədə və digər nüsxələr isə “tərəflər”-də saxlanılır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X14, ilk iddia üzrə cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri 48 saylı Dövlət Notariat Kontoruna qarşı "pul, müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia tizıə cavabdeh Şəxs qarşı "pul və əmlak" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına tərəflər iddiadan imtina etdiyinə, eləcə də barışıq sazişi bağladıqlarına görə xitam verilsin; tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4677/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarların və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2789/2013 saylı, xx.xx.2013-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 550/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2016 saylı, xx.xx.2016-cı il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)- 444/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qətnamələrində göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, barəsində dəfələrlə axtarış elan olunduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlində səmimi peşmançılıq çəkdiyini (İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Axundov