Məhkəmə qərarları › İş №3(011)-5333/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5333/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5333/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 Bakı şəhər X5 İdarəsinin EQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ ******* saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası Prezidenti tərəfindən ona təqdim edilmiş xidməti avtomobilinin üzərində olan qanunsuz və uzun illər qəbul edilməyən qərarsız cərimələrin silinməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, **-SS-*** “Khazar” tipli xidməti avtomobilin üzərində 28 protokol X5 tərəfindən tərtib edilmişdir. Protokol və qərarlar ilə bağlı dəfələrlə ərizə ilə və elektron qaydada Azərbaycan Respublikası X5nə və Xətai rayon X4 müraciət etsələr də bu günə qədər ərizələri cavabsız qalmışdır. Odur ki qanunsuz və qanuna zidd olan **-SS-*** “Khazar” tipli xidməti avtomobilin üzərində olan cərimələrin qərarlarının və protokollarının ünvanlarına rəsmi göndərilmədiyini nəzərə alaraq, buraxılmış prosessual müddətin bərpa edilərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş elektron çıxarışdan görünür ki, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, İnqilab İsmayılov (Günəşli) 56 ünvanında idarə etdiyi **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin, EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra müraciət olunmuş və şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan başqa, şikayətçi vəsatətində DYPŞ-nə müraciət etdiyini, lakin bü günə qədər ərizələrinin cavabsız qaldığını qeyd etsə də, məhkəmə sögedən xüsusatla bağlı qeyd etməyi zəruri hesab edir ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında məlumat nəqliyyat vasitəsinin sürücüsünün istifadəsində olan mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilir və barəsində qəbul edilmiş qərar ona məxsus elektron kabinetdə yerləşdirilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə, X1 barəsində Bakı şəhər X5 İdarəsi tərəfindən EQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan 02 ildən artıq müddətdir ki, heç bir məlumatının olmamasını inandırıcı hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər X5 İdarəsi tərəfindən EQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı şəhər X5 İdarəsi tərəfindən EQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar