Məhkəmə qərarları › İş №3(011)-5334/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5334/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5334/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Alışar Ə/D, Alışar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Əlimərdanovun xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes” markalı **-ZT-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələbini pozması nəticəsində idarə etdiyi “Mercedes” markalı **-ZT-*** d.q.n-lı avtomobilin ön hissəsi ilə əvvəlcə X3 idarə etdiyi “Volkswagen Passat” markalı **-TP-*** d.q.n-lı avtomobilinsağ yan hissəsindən, daha sonra Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes V 250” markalı **-SF-*** d q.n-lı avtomobilin sağ ön yan hissəsindən vurması nəticəsində idarə etdiyi avtomobilin sərnişini 1999-cu il təv. Vət. X5 YÜNGÜL dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 07-08 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı **-ZT-*** d.q.n-lı avtomobili ilə Xətai rayonu ərazisində yerləşən Əhmədli m/st yaxınlığında tanışı X4 götürüb yaşadıqları Hövsan qəsəbəsinə aparan zaman Gəncə prospekti ilə sağdan 2-ci zolaqla hərəkətini təxminən 40-50 km/saat sürətlə davam etdirib 8 Noyabr prospekti ilə kəsişməyə çatdıqda avtomobilin tormoz sistemində texniki nasazlıq yarandığı üçün idarəetməni itirib əvvəlcə avtomobilin ön hissəsi ilə 8 Noyabr prospektində soldan 2-ci zolaqla hərəkətdə olan “Volkswagen Passat” markalı **-TP-*** d.q.n-lı avtomobilin sağ yan hissəsi ilə, daha sonra soldan 1-ci zolaqla hərəkətdə olan “Mercedes” markalı **-SF-*** d.q.n-lı avtomobilin sağ ön yan hissəsi ilə toqquşmuş, hadisə nəticəsində özü və sağ yan hissədə əyləşən sərnişin Əkbər Bədəlov xəsarətlər almışlar. Beləliklə, o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli nümayəndə və zərərçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 434 nömrəli, 25 aprel 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, vət.Şəxs bədənində xx.xx.2024-cü il tarixə uyğun hər - hansı bir xəsarət aşkar edilməmişdir. Vət.Şəxs «X7» PHŞ-da müəyyən edilmiş «Sol bud-çanaq oynağının əziyi» diaqnozu xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığına və məhkəmə-tibbi müayinəsi zamanı öz obyektiv əlamətlərini tapmadığına görə onun xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 43/2024 nömrəli, 06 may 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, X1 başbeyin silkələnməsi müəyyən edilmişdir. Xəsarət bərk- kiit əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/21359 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Zərərçəkmiş şəxs ayıq olduğu müəyyən edilmişdir; sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/21358 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman X3 ayıq olduğu müəyyən edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Əlimərdanovun 10 sentyabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 342.2.1 və 469.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsini, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Əlimərdanovun xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar