Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5360/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X10, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ağsu rayonu, Aratkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay ali təhsilli, vəzifəli şəxs X11 yanında iş icraçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 15 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 40330 manat, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən üzrə 211000 manat məbləğində pul X1 xeyrinə ödənilməlidir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədlərini tam olaraq icra etməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X18 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədlərindən xəbəri vardır və borcunu ödəməkdən imtina etmir. Qərarlar qüvvəyə mindikləri gündən hər ay təqaüdünün və əmək haqqının yarısını təşkil edən 400 manat məbləğində pulu tələbkar hesab təqdim etmədiyi üçün İcra Şöbəsinin depozit hesabına köçürmüşdür, bu vaxta qədər ümumilikdə 2800 manat ödəmişdir. Əlinə pul düşdükcə daha çox ödəniş etməyə çalışacaq. Borcu hissəhissə tam ödəməyə hazırdır və öhdəliyindən yayınmır. Onun sadəcə hazırki maddi vəziyyətini, həmçinin digər icra sənədi üzrə hər ay 510 manat aliment ödənişi etməyini nəzərə almaqla yaxın qohumlarının köməyi ilə hər ay 910 manat tələbkara ödəniş edir. Ancaq sağlamlığı yerində deyil. Gözdən üçüncü qrup əlildir. Sağ gözü 100 faiz görmür (əlillik dərəcəsi 100 faizdir). Qlaukoma xəstəliyi olduğu üçün hər gün gözünün çürüməməsi üzün damcılar tökdürür və müalicəsinin müəyyən hissəsini ölkə xaricində alır. Həmçinin digər nikahdan iki uşağı var və onların qayğısına qalır. Beş uşağa baxır və hamısına eyni dərəcədə qayğı göstərməyə çalışır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə ona 47440 manat ödənilməli və həmin iş Binəqədi rayon İcra Şöbəsinin icraatındadır. Onun bacısı Gülzar Əzimovaya, bacısı oğlu Heydər Əzimzadəyə və digər bacısı Haqverdiyeva Gülərin xeyrinə, onunla birgə ümümilikdə 138730 manat pul ödənilməli və həmin pulu aldıqda tələbkara ödəniş edəcəkdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, borcunu hissə-hissə ödəyəcəyini bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə o qeyd etmişdir ki, o 01 aprel 2024-cü il tarixdən işə düzəlib və borc onun əmək haqqısına yönəldilib. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 40330 manat, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən üzrə 211000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək tam olaraq ödənilməmişdir. Beləliklə o, göstərilənlərə əsasən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 211000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 495 manatının tutularaq iddiaçı X2 ödənilməsi, həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 98 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 40330 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 211 manatının tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs “yapışan leykoma, monokulyar korluq, terminal ikincili qlaukoma, nevrasteniya, arterial hipertenziya İİ dərəcə” diaqnozları qoyulmuş və İİİ dərəcəli gözdən əlillik təyin edilmişdir; iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişnin surətindən göünür ki, Şəxs 01 aprel 2024-cü il tarixdən iş icraçısı vəzifəsində çalışır, aylıq əmək haqqısı 650 manat təşkil edir; "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat məbləğində pul vəsaiti Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs 211000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 495 manatının, habelə 40330 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 211 manatının tutularaq iddiaçı X1 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək icra sənədi üzrə olan borc məbləği tam olaraq ödənilməmişdir ki, qeyd olunan hal onun məhkəmə qərarlarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Həmçinin məhkəmə qeyd edir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində 5 azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5360/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5360/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver