Məhkəmə qərarları › İş №3(011)-5368/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5368/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5368/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X3 iştirakı ilə, X1 Bakı Şəhər BPİ-nin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı Şəhər BPİ-nin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 10-20 radələrində Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış massivində, Süleyman Vəzirov küçəsinə sol tərəfə, X7 Meydanı dairəsi istiqamətinə dönəndən təxminən 400 metr sonra yolun sol tərəfində, əks istiqamətdə hərəkətsiz dayanan 10YP501 dövlət nişanlı YPX avtomobilində xidmət aparan əməkdaşın işarəsinə əsasən idarə etdiyi avtomobili saxlamışdır. Yaxınlaşıb salamlayan, lakin ad və soyadını deməyən (Polis haqqında Qanunun 13- cü maddəsi) DYP xidmətinin əməkdaşı qoşa xətti pozaraq xəta törətdiyimi bildirdi. Xətti keçdiyi yerdə xəttin qoşa deyil, qırıq olduğunu ona bildirmişdir. Qeyd edir ki, protokolun GPS koordinatlarından, eləcə də təqdim etdiyi sxem və fotoşəkillərdən YPX inspektorunun həmin yerdən təxminən 400 metr aralı olması sübuta yetirilir. Bu məsafədən keçdiyi yerdə xəttin hansı şəkildə (qoşa, düz, qırıq) olmasını texniki vasitə olmadan müəyyən etmək fiziki cəhətdən mümkün deyil. Bu səbəbdən də o, ona əvvəl kameraya düşdüyünü demiş, görüntünü təqdim etməsini tələb etdikdə isə bundan imtina edərək elementar etik normalara əməl etmədən, özündən yaşda böyük olan şəxsə hörmətsiz tərzdə “necə ildi buradayam, indi mənə öyrədəcəksən” deyərək etirazına əhəmiyyət vermədən protokol tərtibatını davam etmişdir. Sözlərini təsdiq etmək üçün protokolu tərtib etdiyi vaxt ərzində gedib həmin xəttin foto və video çəkilişini təqdim etmək təklifinə “sonra baxarıq” deyərək o, protokolu tərtib etdi. Bu zaman Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimafın 4.7-ci bəndinin tələbinə əməl olunmamış və YPX əməkdaşı tərəfindən videoçəkiliş aparılmamışdır. Protokol tərtib edildikdən sonra “gedək göstər” deyərək DYPX əməkdaşı xidməti avtomobilinə mindi və biz geri qayıtdıq. Bu zaman o, ona hərəkət etdiyi marşrutu deyil, özü bildiyini sübut etmək istəsə də, o buna imkan verməmiş və şikayət edəcəyini bildirmişdir. DYP əməkdaşı həmin yerin video çəkilişini apardığını görərək oradan uzaqlaşdı. Videoçəkiliş etdiyindən sonra yenə sola, S.Vəzirov küçəsi ilə X7 Meydanı dairəsi istiqamətinə dönəndən 100-150 metr sonra yenidən həmin DYP əməkdaşı tərəfindən saxlanılmışdır. Bu dəfə isə o, şikayət edəcəyini anlayaraq, videoçəkiliş aparacağını bildirib onu xidmət etdiyi avtomobilin qarşısına çağırdı və qoşa xəttin tələbini pozduğuna görə yeni protokol tərtib etdi. DYP əməkdaşı ilə razılaşmadığına görə onun hərəkətləri barədə dərhal DİN-in 102 nömrəli Qaynar Xəttinə zəng edərək şikayət etmişdir. Ümumiyyətlə, protokolun tərtibatı zamanı DYP əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 100.1.8, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, şikayət edəcəyini bildirərək ondan bu barədə protokolun verilməsini tələb etdikdə, inspektor nəinki hüquq və vəzifələrini izah etməmiş, onun protokolla tanış olmağına və etirazı barədə qeydlərini yazmağa imkan verməmişdir. Protokolun və onun əsasında qəbul etmiş TP6613191 nömrəli qərarın surətini o yalnız xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Baş DYPl-dən əldə edə bilmişdir. xx.xx.2024-cü il tarixdən bu günədək DYP tərəfindən iddia edilən pozuntunu təsdiq edən sübutlar təqdim edilməmiş, eləcə də elektron kabinetində yerləşdirilməmişdir Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər X8 İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6613191 nömrəli qərar ləğv edilərək şikayətində göstərilənlərin iştirakı ilə tam və obyektiv surətdə araşdırılması, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi üçün iş yenidən baxılması üçün Bakı Şəhər X8 İdarəsinə göndərilmişdir. Əfsuslar olsun ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-3952/2024 nömrəli qərarı ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6613191 nömrəli qərar ləğv edilərək şikayətində göstərilənlərin iştirakı ilə tam və obyektiv surətdə araşdırılması, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi üçün işin yenidən baxılması üçün Bakı Şəhər X8 İdarəsinə göndərilməsinə baxmayaraq Bakı şəhər BDYPİ-dən onunla yenə əlaqə saxlanılmamış, iştirakı olmadan xx.xx.2024-cü il tarixdə barəmdə inzibati tənbeh vermə haqqında TP6793398 nömrəli qərar qəbul edilmişdir. Bu barədə məlumatı o yalnız xx.xx.2024-cü il tarixdə “Asanpay.az” elektron kabinetindən əldə etmiş və xx.xx.2024-cü il tarixdə Bakı Şəhər X8 idarəsinə müraciət edərək qərarın surətini almışdır. Qeyd edilənlərə əsasən Bakı Şəhər BPİ-nin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 13 iyul 2024-cü il tarixində 10:29 radələrində ünvan 1 ünvanında “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması, yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3952/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhər BPİ-nin X9 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6613191 nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması Bakı Şəhər BPİ-nin X9 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş videodiskdən görünür ki, X3 şikayətində göstərdikləri xüsusatlar bir daha təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X3 barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı Şəhər BPİ-nin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qiso təmin edilsin. Bakı Şəhər BPİ-nin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar