Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5383/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X1 iştirakı ilə, Baş X7 İdarəsinin 03 iyul 2025-ci il tarixli EQ 28998351 saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X7 İdarəsinin 03 iyul 2025-ci il tarixli EQ 28998351 saylı saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 28901552 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmiş və bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixli, EQ 28998351 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişəm və bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Həmçinin xx.xx.2025-ci il tarixli, EQ 29029000 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmiş və bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərarlarla razı deyil. Hesab edir ki, barəsində qəbul edilmiş qərarlar qanunsuzdur və heç bir sübut olmadığından və tərəfindən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. Belə ki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, Bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İstifadəmdə olan nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq (40 ton) olduğu nəzərdə tutulmuş, əlavə olaraq həmin kütlənin 5 faizinədək əlavə yükün qoyulmasına icazə verilmişdir. Bu isə 800 kq olmaqla, qanunla nəzərdə tutulmuş maksimum kütlənin 40800 kq olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 40170 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyim əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 40170 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42810 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə Quba rayonunda olan tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39920 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin yenə də diqqətinə çatdırmaq istədiyim əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39710 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və çəkinin guya 43110 kq olduğu qeyd edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidən yenidən keçmiş və heç bir pozuntunun olmadığı müəyyən edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə Quba rayonunda olan tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39900 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyi əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39900 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42570 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Göründüyü kimi yükün çəkisinin qanunla nəzərdə tutulandan artıq olmasının iddia olunması və bu əsasla cərimə olunmağım tamamilə qanunsuz və əsassızdır. Belə ki, mən yükü təhvil aldıqdan sonra Bakı şəhərinə yola düşmüşəm və bu zaman Quba rayonunda yerləşən tərəzi tərəfindən heç bir artıq çəkinin olmadığı müəyyən edilmişdir. Necə olur ki, sonradan digər tərəzi üzrə yükün çox olduğu bildirilir. Bu onu deməyə əsas verir ki, dövlətə məxsus tərəzidə texniki nasazlıq vardır və bu minvalla həmin günü oradan keçən demək olar bütün yük maşınlarını cərimələmişlər. Bütün bunlardan sonra xx.xx.2025-ci il tarixdə müvafiq olaraq Daxili İşlər Nazirliyi və AYNA-ya müraciət edilmiş və 1 ay ərzində bu qədər cərimənin əsassız olaraq yazılmasının səbəbi ilə bağlı maraqlanılmış, lakin heç bir şey edə bilməyəcəklərini, tərəzidə nasazlıq varsa da bunu dəyişə bilməyəcəkləri və hazırda qərarların qüvvədə olduğu, təmin tərəzidən yüklə birlikdə təkrar keçməli olduğumuz bildirilmiş və səhv qəbul edilmişdir. Göründüyü kimi müvafiq orqanların məsələyə göucu yanaşması, heç bir tədbir görməməsi və araşdırmaq istəməməsi nəticəsində qanunsuz olaraq təkrar təkrar cərimə olunmuşuq. Bütün bu qərarlar barədə bizim sonuncu cərimə qərarından sonra məlumatımız olmuş və qərarların əldə edilməsi ilə bağlı müraciət edib qərarları almışıq. Necə ola bilər ki, dövlətə məxsus ki tərəzidən biri çəkinin normal, biri isə artıq olduğu qənaətinə gəlir. Bu səbəbdən kamera görüntüləri araşdırılmalıdır. Bu səbəbdən hesab edirəm ki, AYNA və DİN-ə sorğu verilməli və Quba rayonunda yerləşən tərəzinin qeyd edilən tarixə olan məlumatları və kamera görüntüləri çıxarılmaqla araşdırılmalı, mənə məxsus avtomobilin qeyd edilən tarixlərdə Quba rayonunda olan tərəzi üzrə kütlənin artıq gəlib-gəlməməsi dəqiqləşdirilməli, artıq gəlmişsə niyə protokol tərtib edilmədiyi, artıq gəlməmişsə sonrakı tərəzi üzrə niyə çəki xətasının baş verdiyi müəyyən edilməlidir. Hazırda şikayətdə hər 3 qərar barədə məlumat verilməsi onunla bağlıdır ki, göründüyü kimi eyni şəxslə bağlı olan 3 müxtəlif tarixdə dövlət tərəfindən quraşdırılmış elektron tərəzidə nasazlıq olması səbəbindən şəxsin inzibati cərimə edilməsi və bu halların bir biri ilə bağlı olmasıdır. Bu belə göstərir ki, qəbul edilmiş qərarlar əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsin 1 və 2-ci hissəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 127-6.1ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Hazırda mübahisələndirdiyim qərarlar mənə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur və hesab edirəm ki, 20 günlük şikayət vermə müddəti həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən barəmdə çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 28998351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, yüklər 4 dəfə tərəzidə ölçülür, 3 dəfə kütlə normal olur və 39 ton görünür, 1 dəfə isə 42 ton olduğu görünərək artıq olduğu qənaətinə gəlinir. Qərar qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2025-ci il tarixli EQ 28998351 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 03 iyul 2025-ci il tarixli EQ 28998351 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X4 03 iyul 2025cü il tarixdə saat 05:40-da M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində «DAF FT XF 105.510» yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 353.5-ci maddəsində nəzərdə tutulan bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə inzibati xətasını törətmişdir. Bununla da, X4 İXMin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 1200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, mülkiyyətçi X3 məxsus «DAF FT XF 105.510» yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maksimal kütləsi 7500 kq-dır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, «DAF FT XF 105.510» yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2028-ci il tarixədək X2 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş çek № 96571 tərəzi qəbzindən görünür ki, 77BH418 d.q.n. yük avtomobilinin xx.xx.2025-ci il saat 04:27-də brutto çəkisi 39920 kq olmuşdur. İş materiallarına əlavə edilmiş AA MMC-nin bilet № 466 qəbzindən görünür ki, 77BH418 d.q.n. yük avtomobilinin xx.xx.2025-ci il saat 04:45-də brutto çəki 39920 kq olmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X1 bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törətməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 03 iyul 2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Baş X7 İdarəsinin EQ 28998351 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2025-ci il tarixli EQ 28998351 saylı İnzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5383/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5383/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver