Məhkəmə qərarları › İş №3(011)-54/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-54/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-54/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən “Berlin Pub” restoranının qarşısında dostu X6 ilə birlikdə X1 və X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində Xətai rayonu ərazisində yerləşən «Berlin Pub» restoranına dostu Alxanla birlikdə getmişlər. Restoranda onlara ayrılmış masada əyləşmişlər və şam edərək içki qəbul etməmişlər. Bir müddət sonra qonşu masada təxminən 7 nəfər qızlar əyləşmiş və onlarda şam edərək içki qəbul etməyə başlamışlar. Həmin masada oturan qızlardan biri onun xoşuna gəldiyindən ona bir dəstə qül göndərmiş, lakin ünsiyyətə girməmişdir. Daha sonra saat təxminən 23.30 radələrində restoranın digər qonaqları ilə birlikdə küçəyə çıxmışdır. Küçədə olarkən həmin qızlar yanından keçərkən özünə qarşı söyüş söyərək insanlara yaxşılıq etmək olmaz ifadəsini işlətmişdir. Bundan sonra həmin qızlardan biri üstünə gələrək dediyi sözlərin qarşılığında onu təhqir etmişdir. Həmin vaxt yaxınlıqda dayanan polis əməkdaşları onlara yaxınlaşaraq onu polis bölməsinə aparmışlar. Beləliklə o, dəstə gül göndərdiyi qızları tanımadığını, küçədə olarkən həmin qızların ünvanına təhqiredici ifadələr işlətmədiyini, öz ünvanına söyüş söyərək yaxşılıq etməməyini dediyini, sosial şəbəkədə yayılmış videogörüntüdə restoranın digər müştərilərinin küçəyə çıxmalarını, küçədə dostu Alxanla olduğunu və səs küy salmadıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlu Şəxs barəsində tərtib olunmuş 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlu tərəfindən tərtib olunmuş 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Xətai RPİ-nin TŞ-nin qərarı əsasında İXM-nin 510-cu maddəsinin tələbləri pozulmuşdur; cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən “Berlin Pub” restoranının qarşısında dostu X6 ilə birlikdə X1 və X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmışdır; inzibati qaydada tutma haqqında 12.01.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 20:50-də tutulmuşdur; zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat təxminən 20.30 radələrində rəfiqələri ilə birlikdə Xətai rayonu ərazisində yerləşən «Berlin Pub» restoranına gəlmişlər. Restoranda onlara ayrılmış masada əyləşmişlər və şam edərək içki qəbul etmişlər. Bir müddət sonra qonşu masada əyləşmiş tanımadıqları oğlan ona bir dəstə gül göndərmişdir. O həmin şəxsə yaxınlıq verməmişdir. Daha sonra saat təxminən 24 radələrində o, rəfiqələri ilə birlikdə restorandan çıxmış və qabaqda gedərək avtomobilə əyləşmək istəmişdir, lakin sürücünün olmadığını görərək əyləşməmişdir. Bu vaxt eşitmişdir ki, Lamiə kiminləsə mübahisə edir, ona görə də Lamiyənin yanına yaxınlaşmış və görmüşdür ki, ona gül göndərən oğlanla mübahisə edir. Sonradan bilmişdir ki, həmin oğlan onun ünvanına söyüş söydüyü üçün Lamiə həmin şəxslə mübahisə etmişdir. Sonra polis əməkdaşları həmin şəxsi götürərək polis bölməsinə aparmışlar. Polis bölməsində bilmişdir ki, onları təhqir edən şəxsin adı Kamildir. Kamil adlı şəxs onlara qarşı heç bir zor tədbiq etməmişdir. zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat təxminən 20.30 radələrində rəfiqələri ilə birlikdə Xətai rayonu ərazisində yerləşən «Berlin Pub» restoranına gəlmişlər. Restoranda onlara ayrılmış masada əyləşmişlər və şam edərək içki qəbul etmişlər. Bir müddət sonra qonşu masada əyləşmiş tanımadığı oğlan rəfiqəsi Xədicəyə bir dəstə gül göndərmişdir. Rəfiqəsi həmin şəxsə yaxınlıq verməmişdir. Daha sonra saat təxminən 24 radələrində o rəfiqələri ilə birlikdə restorandan çıxmışlar və Xədicə qabaqda gedərək avtomobilə əyləşmişdir. O Xədicənin arxasıyla gedərkən restoranda Xədiyəcə gül göndərən oğlan Xədicənin ünvanına təhqiredici ifadələr işlətmişdir. O həmin şəxsə iradını bildirmiş, həmin şəxs onuda təhqir etmişdir. Bununla əlaqədar o orada dayanan polis əməkdaşlarına yaxınlaşmış və bu hadisə ilə əlaqədar şikayyətçi olduğumu bildirmişdir. Sonra polis əməkdaşları həmin şəxsi götürərək polis bölməsinə aparmışlar. Polis bölməsində bilmişdir ki, onları təhqir edən şəxsin adı Kamildir. Kamil adlı onlara qarşı heç bir zor tədbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı, zərərçəkmiş şəxslərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən “Berlin Pub” restoranının qarşısında dostu X6 ilə birlikdə X1 və X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 12 yanvar 2022-ci il tarixdən saat 20:50-də protokol tərtib etmək üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «12» yanvar 2022-ci il tarixdən saat 20:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 yanvar 2022-ci il tarixdən saat 20:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar