Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-548/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən “Aybnabənd” restoranının hüquqi təmsilçisi X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 29 yanvar 2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən 29 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta barədə qərar qəbul edilərək, əsassız olaraq, 2500 manat inzibati cərimə olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməzdən əvvəl, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta barədə icraatda iştirakı təmin edilməmiş, barəsində tərtib edilmiş protokola əsasən bildirişdə qeyd olunmuş xx.xx.2024-cü il tarixdə yəni saat 10:00-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına getsə də, özünü təqdim etməyən idarənin xanım əməkdaşı bildirmişdir ki artıq onun barəsində qərar qəbul edilmişdir. Əgər onun iştirakı olmadan qərar qəbul ediləcəkdirsə, 29 yanvar saat 10:00-da onun idarəyə dəvət olunmağı nəyə lazım idi. Nəticədə məlumatı olmadan qanunsuz və əsassız olaraq barəsində inzibati xəta barədə qərar qəbul edilmişdir. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi qeydiyyata alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırki sahibkarlıq fəaliyyəti restoran fəaliyyətindən ibarətdir. Hazırki qanunsuz və əsassız barəsində inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas guya ünvan 1 ünvanında "Aynabənd" restoranının fəaliyyəti zamanı ətraf mühitə yayılan zərərli qaz qarışıqlarının miqdarının normadan artıq olması, qaz-toz tutucu qurğunun quraşdırılmaması olmuşdur. Belə ki, inzibati protokolda qeyd olunmuşdur ki, guya qeyd olunan fakt xx.xx.2023-cü il tarixli 001459 nömrəli monitorinq aktı və xx.xx.2024-cü il tarixli 83314 nömrəli akt ilə təsdiq olunur. İnzibati xətanın törədildiyi vaxt kimi isə xx.xx.2023-cü il tarixi qeyd olunmuş, onun izahat verməkdən imtina etməyi qeyd olunmuşdur. Tərtib edilmiş protokolda kifayət qədər ziddiyətlər mövcuddur. Halbuki, belə bir fakt mövcud olmamış, hər hansı bir izahat verməyi tələb olunmamış, 11 saylı idarənin əməkdaşları restorana daxil olan zaman onlardan hansı əsasla, hansı qərarla yoxlamaya gəldiklərini, sənədlərini tələb etdikdə bildirmişlər ki, sosial şəbəkələrdə restoranın tüstü bacasından tüstü çıxdığına görə gəliblər yoxlamağa. O, bu halların qanunsuz olduğunu, yoxlama barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların reyestrindən çıxarışı tələb etdikdə belə bir qərar olmadığını bildirmişlər. Bununla əlaqədar olaraq, barəsində tərtib edilmiş inzibati xəta barədə qərarın mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən inzibati xəta barədə MN ******* saylı, 29 yanvar 2024-cü il qərar ona rəsmi qaydada sifarişli poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas ünvan 1 ünvanında "Aynabənd" restoranının fəaliyyəti zamanı ətraf mühitə yayılan zərərli qaz qarışıqlarının miqdarının normadan artıq olması, qaz-toz tutucu qurğunun quraşdırılmaması - olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması" haqqında Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən qanunun tətbiqi - 2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmin Qanununun 2-ci maddəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış yoxlamalar qeyd olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən Qərarın qəbul edilməsinə əsas olmuş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmamış, qanunsuz olaraq keçirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Aynabənd" restoranına daxil olan zaman, idarənin əməkdaşlarından yoxlamaların aparılması ilə əlaqədar təsdiq edici sənədlər tələb etsə də hər hansı bir sənəd təqdim etməmiş, qanunsuz olaraq, sahibkarlıq fəaliyyətinə maneəçilik törətmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni tənzimləmə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1-ci bəndində nəzərdə tutulmuşdur. Həmçinin, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və yoxlama Ədliyyə Nazirliyində qeydə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, bəhs olunan qanunvericilik aktları ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı işlərə də şamil olunur. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlamanı müvafiq Reyestrdə qeydiyyata almalı idi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hazırkı yoxlama növündə fəaliyyət göstərdiyi yerdə yoxlama aparmaq səlahiyyəti olmuşdur. Odur ki, həmin İdarənin əməkdaşlarının apardığı yoxlama dövlət reyestrində qeydiyyata alınmalı olduğu halda, yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama dövlət reyestrində qeydiyyata alınmadığından, apardığı yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır. Bu isə cavabdehin mübahisələndirilən MN № ******* saylı, 29 yanvar 2024-cü il tarixli qərarının mübahisə olunan hissədə ləğv edilməsi üçün əsasdır. Reyestrdə qeydiyyata alınmadan cavabdehin apardığı yoxlamanın hüquqi nəticəsi olmadığından mübahisələndirilən inzibati xəta barədə qərar qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləğv olunaraq, inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, Nərimanov rayonu, restoranın fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması və qaz-toz tutucu qurğusu quraşdırılmamışdır. Bununla da, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş şikayətçi X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində tərtib edilmiş 15 yanvar 2024-cü il tarixli MN ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, Nərimanov rayonu, restoranın fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması və qaz-toz tutucu qurğusu quraşdırılmamışdır, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. 15 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, X5 barəsində yazılmış xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2024cü il tarixdə saat 10:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməklərini və ya səlahiyyətli nümayəndələrini göndərməklərini xahiş etmişlər. Göstərilən müddət ərzində idarəyə gəlməsələr, onların iştirakları olmadan barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə qərarı qəbul olunacaqdır. 15 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində müəyyən edilmişdir ki, Nərimanov rayonu, restoranın fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması və qaz-toz tutucu qurğusu quraşdırılmaması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 27 dekabr 2023-cü il tarixli 001459 nömrəli monitorinq aktı, 15 yanvar 2024-cü il tarixli, 83314 nömrəli akt və fotoşəkil ilə təsdiq edilmişdir. 27 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin 001459 nömrəli aktından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Aynabənd” restoranın ətraf ərazisində XKEMİ-nin baş mühəndisi Rüstəm Əsgərov aparıcı mühəndis Natiq Rəsulov 11 saylı RETSİ-nin baş məsləhətçi müfəttişi Nazim Məmmədov və restoranın nümayəndəsi X4 iştirakı ilə saat 17:00-dan 17:50-dək sabit hava şəraitində monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, “Aynabənd” restoranında manqaldan istifadə olunsa da qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmamışdır. Monitorinq ölçmə işləri restoran fəaliyyətdə olan zaman qarşısında və tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə Annat 64M3-03 səyyar cihazı vasitəsi ilə aparılan ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) – 16.2 mq/m3 (norma 5.0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. 15 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 83314 №-li aktdan görünür ki, 27 dekabr 2023 - 15 yanvar 2024-cü il tarixində Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, “Aynabənd” adlı restoranda aşağıdakılar aşkar edildi ki, İdarənin 07 yanvar 2024-cü il tarixli 004 nömrəli sərəncamına əsasən Əliyar Əliyev küçəsi 26 ünvanında yerləşən “Aynabənd” adlı restorandan ətrafa yayılan qatı tüstünün vətəndaşları narahat etməsi ilə bağlı idarəyə daxil olmuş məlumat tərəflərindən X7 Monitoriq İdarəsinin mütəxəssisləri ilə birgə restoranın icarəçisi X4 (VÖEN: **********) iştirakı ilə yerində araşdırılaraq monitorinq keçirilmişdir. Araşdırma zamanı restoranda manqaldan istifadə olunduğu, lakin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zərərli tullantıların atmosferə atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən olunmuşdur. Araşdırma ilə əlaqədar restoranın icarəçisi Emil Sultanov restoranı icarə əsasında işlətdiyini və qaz-toz tutucu qurğusunun quraşdırılmadığı barədə məlumatının olmadığını bildirmişdir. XKEMİ ilə birgə aparılan monitorinq zamanı restoranın fəaliyyəti nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarını müəyyən etmək üçün müvafiq qaydada ölçmə işləri aparılmış və ölçmənin nəticələrinə əsasən atmosferə atılan dəm qazının (CO) 16.2 mq/m3 (norma 5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilərək monitorinqin nəticəsi barədə 27 dekabr 2023-cü il tarixli 001459 nömrəli monitorinq aktı tərtib edilmişdir. Beləliklə araşdırma nəticəsində restoranın fəaliyyəti zamanı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32 və 41-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 29 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 29 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-548/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-548/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver