Məhkəmə qərarları › İş №3(011)-549/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-549/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-549/2021 26.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ağdam rayonu, Dadaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdam rayonu, Dadaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(013)-938/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 manat olmaqla iki uşağa cəmi 300 manat miqdarında alimentin tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(013)-938/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 manat olmaqla iki uşağa cəmi 300 manat miqdarında alimentin tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, Ağdam Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(013)-938/2019 saylı icra vərəqəsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 manat olmaqla iki uşağa cəmi 300 manat miqdarında alimentin tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(013)-938/2019 saylı icra vərəqəsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 manat olmaqla iki uşağa cəmi 300 manat miqdarında alimentin tutularaq X5 xeyrinə ödənilməlidir. Ödəniş etməkdən boyun qaçırmır, pandemiya ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Materiala əlavə olunmuş X5 ərizəsindən görünür ki, o, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan yüngül cəza ilə yəni cərimə cəzası ilə tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, onun barəsində müvafiq maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar