Məhkəmə qərarları › İş №3(011)-5497/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5497/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5497/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 12 iyun 2024-cü il tarixli, 13000-00712/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkmənistan Respublikasından xx.xx.2022-ci il tarixdə “Alvari PTE LTD” şirkətinin ünvanına göndərilən ******* kq “hidrotəmizlənmiş dizel yanacağı” adlı yük “Caspian Legend” tankeri vasitəsilə “Liman” gömrük postuna daxil olmuşdur. Həmin yükdən ******* kq-ı **********3492 və **********7367 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstan Respublikasına təyinatı üzrə yola salınmışdır. Yükün Azərbaycan Respublikasının ərazisində daşıyıcı şirkəti olan "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********7249 nömrəli gömrük bəyannaməsi ilə yükləri 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirmişdir. Müvəqqəti saxlanc anbarında yerləşdirildikdən sonra yükün bir qismi daşıyıcı şirkət tərəfindən xx.xx.2022-ci il tarixli **********1252, xx.xx.2022-cü il tarixli **********3740 və xx.xx.2022-ci il tarixli **********2313 nömrəli gömrük bəyannamələri əsasında tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə Gürcüstan Respublikası ərazisində yerləşən “Alkagesta LTD” X7 yola salınmışdır. Lakin, saxlanc müddətinin bitməsinə baxmayaraq yükün 28207 kq-ı barəsində heç bir digər gömrük proseduru həyata keçirilməmişdir. Bununla da daşıyıcı şirkət olan "xxxx" şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət (dörd ay) pozulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X1 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X5 tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixli, 13000-00712/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Türkmənistan Respublikasından xx.xx.2022-ci il tarixdə “Alvari PTE LTD” şirkətinin ünvanına göndərilən ******* kq “hidrotəmizlənmiş dizel yanacağı” adlı yük “Caspian Legend” tankeri vasitəsilə “Liman” gömrük postuna daxil olmuşdur. Həmin yükdən ******* kq-ı **********3492 və **********7367 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstan Respublikasına təyinatı üzrə yola salınmışdır. Yükün Azərbaycan Respublikasının ərazisində daşıyıcı şirkəti olan "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********7249 nömrəli gömrük bəyannaməsi ilə yükləri 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirmişdir. Sözügedən mallar bu günədək gömrük nəzarəti altında saxlanc xüsusi gömrük proseduru altında qalmaqdadır. Qeyd olunan müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən mallardan qalıq qalan 28207 kq “hidrotəmizlənmiş dizel yanacağı” adlı mal barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi hallarının yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə “Liman” gömrük postunun böyük inspektoru X4 tərəfindən yükün saxlanıldığı "xxxx" MMCnin ünvan 1 ünvanında yerləşən anbarında hüquqi şəxsin məsul şəxsi X3 iştirakı ilə baxış keçirilmişdir. Yükə baxış zamanı müvəqqəti saxlanc proseduru altında yerləşdirilmiş yükün üzərində qanunsuz əməliyyatlar aparılmadığı, yükün miqdarının və tamlığının pozulmadığı müəyyən edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur; Şəxs nümayəndəsi X6 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və X2 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsində verdiyi izahatında bildirmişdir ki, Türkmənistan Respublikasından “hidrotəmizlənmiş dizel yanacaq” adlı yük “Alvari PTE LTD” ünvanına göndərilmişdir. Azərbaycan Respublikası ərazisində daşıyıcı şirkət olan "xxxx" MMC dəniz nəqliyyatı vasitəsi ilə tankerlərlə yükü qəbul edib və dəmiryol nəqliyyat vasitəsilə təyinatı üzrə Gürcüstan Respublikası ərazisinə yola salmışdır. Dəmiryol nəqliyyatı vasitəsi ilə yola salınan zaman yüklər vaqonların tutumuna uyğun olaraq tam dolmalıdır. "xxxx" MMC tərəfindən yükün bir qismi xx.xx.2022-ci il tarixli **********1252, xx.xx.2022-cü il tarixli **********3740 və xx.xx.2022-ci il tarixli **********2313 nömrəli gömrük bəyannamələri əsasında tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə Gürcüstan Respublikası ərazisində yerləşən “Alkaqesta LTD” X7 yola salınmışdır. Lakin yükün qalan hissəsi, yəni 28207 kq olan hissəsi vaqonların tutumuna uyğun olmadığı üçün, müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. “Hidrotəmizlənmiş dizel yanacaq” adlı vük "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən anbarında saxlanılır və yük üzərində heç bir əməliyyatlar aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 28207 kq hidrotəmizlənmiş dizel yanacağı yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar