Məhkəmə qərarları › İş №3(011)-550/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-550/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-550/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 31 yanvar 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 31 yanvar 2024cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, təxminən sentyabr ayında Azərbaycan Mikrokredit təşkilatından lizinq müqaviləsi ilə “Nissan” **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir və həmin maşın onunla bərabər qardaşı X3 da etibarnamə ilə idarəetmə hüququ verilmişdir. Onun sürücülük vəsiqəsi məhrumiyyətdə olduğu üçün avtomobili qardaşı idarə edib və daha sonra sms radar proqramı vasitəsi ilə ona 1200 manat 4 protokol əsasında cərimələri gəldiyini bilmişdir. Səhvən cərimələri ona göndəriblər. Odur ki, barəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 31 yanvar 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 25 yanvar 2024-cü il tarixdə saat 11:49-radələrində idarə etdiyi NİSSAN NOTE minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində 5.9 marşrut nəqliyyat vasitələri üçün zolaqla hərəkət etmişdir. Sürücülük hüququ məhdudlaşdırıldığından xüsusi texniki vasitə ilə aşkar edilmiş qayda pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddəsinə əsasən tənbeh vermə haqında elektron qərar qəbul edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 hüquqi şəxs tərəfindən verilən etibarnamələrə dair məlumatlara əsasən X4 xx.xx.2024-cü il tarixdə verilmiş yol vərəqəsi xx.xx.2024-cü il tarixdə qüvvədən düşmə tarixi qeyd edilib. X3 xx.xx.2023-cü il tarixdə verilmiş yol vərəqəsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmə tarixi qeyd edilib. Həmçinin xx.xx.2024-cü il tarixli EQ19224580 nömrəli tənbeh vermə haqqında Qərarından məlum olur ki, İXM-nin 327.1 və 332.3-cü maddəsinə əsasən 25 yanvar 2024-cü il tarixdə saat 11:49-radələrində törədilib. Bundan başqa Azərbaycan Respublikası DİN Təhlükəsiz Şəhər müşahidə-nəzarət kamerası ilə qeydə alınmış videogörüntülərdən məlum olur ki, NİSSAN NOTE minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 idarə etmişdir. Odur ki, X2 şikayətinin təmin olunmamasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən qəbul edilmiş DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 19224580 saylı tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 24 yanvar 2024-cü il tarixdə saat 17:02-də “NİSSAN NOTE” minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, nəqliyyat vasitəsinin idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 hüquqi şəxs tərəfindən verilən etibarnamələrə dair məlumtdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə verilmiş yol vərəqəsi xx.xx.2024-cü il tarixdə qüvvədən düşmə tarixi qeyd edilmişdir. X3 xx.xx.2023-cü il tarixdə verilmiş yol vərəqəsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmə tarixi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, X4 xx.xx.2024-cü il tarixdə verilmiş yol vərəqəsi xx.xx.2024-cü il tarixdə qüvvədən düşmə tarixi qeyd edilmişdir. X3 xx.xx.2023-cü il tarixdə verilmiş yol vərəqəsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmə tarixi qeyd edilmişdir. Həmçinin təqdim olunan fotoşəkillər və videodan görünür ki, inzibati xəta hadisəsi baş verərkən NİSSAN NOTE markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 idarə etmişdir. Odur ki, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 31 yanvar 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 31 yanvar 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar